ELM VƏ TƏHSİL


BDU-nun tələbələri “I2B-İdeyadan biznesə” layihəsində qalib olublar

Bakı, 23 aprel, AZƏRTAC 

ADA Universitetində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu, “Microsoft” və “Azercell Telekom” MMC-nin tərəfdaşlığı ilə “I2B-İdeyadan biznesə” layihəsi üzrə müsabiqə keçirilib.

Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə universitet tərəfindən elmi-tədqiqat hissəsinin təşkilatçılığı ilə müəllim və tələbələrin 29 startap layihəsi təqdim edilib. Müsabiqədə ikisi BDU-dan olmaqla 9 qrup qalib gəlib. Kimya fakültəsinin magistrantı Əliyev Əlibala “NanoDesal - Duzlu və çirkab sularının təmizlənməsi üçün yüksək effektivliyə malik nanofiltrlər” (layihənin rəhbəri professor Ülviyyə Həsənova) və biologiya fakültəsinin doktorantı Lalə Məmmədova “ANTİ-AGE şirəsi” (layihənin rəhbəri professor Ralfrid Həsənov) layihələrinə görə mükafata layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.