Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BELARUS RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALEKSANDR LUKAŞENKOYA

Hörmətli Aleksandr Qriqoryeviç, 

Belarus Respublikasının dövlət bayramı – Müstəqillik günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasındakı ənənəvi dostluq münasibətlərinin inkişafı Azərbaycan ilə Belarus arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha da dərinləşməsinə, regionda sülhün və sabitliyin təmin olunmasına bundan sonra da kömək edəcəkdir.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, səadət və dövləti fəaliyyətinizdə uğurlar, Belarus xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2002-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin