DÜNYA
BELÇİKADA İSLAMA NİFRƏTLƏ MÜBARİZƏYƏ DAİR BİRİNCİ BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
Konfrans təşkilatçılarının məlumatına görə, əvvəlki illərlə müqayisədə, ötən üç il ərzində müsəlmanların hücumlara məruz qalması və təhqir olunması faktları onlarca faiz artmışdır. Avropa İrqçiliklə Mübarizə Təşkilatının direktoru Bəşi Qureyşi bildirmişdir ki, vəziyyət günü-gündən pisliyə doğru dəyişir.
Helsinki Hüquq Müdfiəsi Qrupunun məlumatında deyilir ki, 2001-ci il 11 sentyabr terror aktlarından sonra və 2004-cü ildə Madriddə baş vermiş terror aktlarınadək Avropada yaşayan 15 milyon müsəlman bir çox problemlərlə, məsələn, irqçilik və İslama nifrət təzahürləri ilə üzləşmişdir. Sənəddə, həmçinin qeyd edilir ki, “müsəlman adı daşıyan insanlar özlərinə çətinliklə iş tapırdılar”, bundan başqa, demək olar, hər bir avropalı müsəlmana terrorçu kimi baxır.
Konfransda 200-ə yaxın nümayəndə iştirak etmişdir. Onların arasında 50 dövlətin, habelə müxtəlif təşkilatların 85 nümayəndəsi olmuşdur.