Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BELÇİKA KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB Gİ VERHOFSTADTA

Hörmətli cənab Baş nazir, 

Belçika Krallığının milli bayramı - Kralın andiçmə günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün göstərdiyimiz birgə səylər xalqlarımızın rifahına öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyul 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin