Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

BERLİNDƏ BEYNƏLXALQ BERTELSMANN-2006 FORUMU İŞƏ BAŞLAMIŞDIR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 22-də Almaniyanın paytaxtı Berlində Beynəlxalq Bertelsmann-2006 forumu işə başlamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirak etmək üçün Almaniya Xarici İşlər Nazirliyinin binasına gəldi.

Forumu Karl Bertelsmann Fondunun icraiyyə komitəsinin üzvü Verner Veidenfeld açaraq iştirakçıları salamladı və gündəlik barədə məlumat verdi. Bildirildi ki, forum hər iki ildən bir Karl Bertelsmann Fondu tərəfindən təşkil edilir. Forumun məqsədi Avropanın ali siyasi, iqtisadi, mədəni və mətbuat dairələri arasında qitənin gələcəyinə dair dialoqun keçirilməsidir. İndiki forumda isə genişlənmiş Avropanın siyasi-iqtisadi perspektivləri müzakirə ediləcəkdir. Almaniyanın Avropa İttifaqı Şurasına sədrliyi ərəfəsində belə bir forumun təşkili ümumavropa təşəbbüslərinin həyata keçirilməsinə mühüm təkan olacaqdır.

Forumda 20-dək ölkənin dövlət və hökumət başçıları, parlament sədrləri və xarici işlər nazirləri iştirak edirlər.

Sonra Almaniyanın federal kansleri Angela Merkel, Fransanın Baş naziri Dominik de Vilpen, Belçikanın Baş naziri Gi Verhofştadt, Macarıstanın Baş naziri Ferents Dyurçan və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu çıxış etdilər.

Onlar bildirdilər ki, ənənəvi xarakter daşıyan forumdan məqsəd Avropanın gələcəyi barədə geniş fikir mübadiləsi aparmaqdır. Dünya siyasətində Avropanın əhəmiyyətini vurğulayan natiqlər Türkiyə və Ukraynanın Avropa İttifaqına qəbul olunmasını dəstəklədiklərini və bu il ərzində məsələlərin həllinin zəruriliyini bildirdilər. Ümumavropa iqtisadi siyasətinin istiqamətlərini müəyyənləşdirməyin ümumi məsələlərdən biri olduğu və bunun Avropanın inkişafı üçün xüsusi önəm daşıdığı xatırladıldı.

Çıxışlarda deyildi ki, uzun sürən münaqişələrin həlli, aradan qaldırılması vacibdir və ümumi işə fayda gətirər və bu fikri dəstəkləyənlərin sayı günbəgün artır. Avropada ölkələrarası gələcək iqtisadi əlaqələrin ikitərəfli səviyyədən çoxtərəfli müstəviyə keçirilməsi üçün xüsusi iqtisadi proqramın hazırlanması nəzərdə tutulur.

Çıxışlarda Avropanın ümumi inkişafına mane olan iqtisadi və siyasi amillərin aradan qaldırılmasının, Avropa İttifaqına üzv olmaq istəyən və digər ölkələrlə, habelə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrlə münasibətlərin əhəmiyyətindən, Avropanın enerji təhlükəsizliyinin təmin olunması, elmi tədqiqat proqramları, iqtisadi-siyasi və hüquqi layihələrin həyata keçirilməsi, təhsil sistemində islahatların aparılması və dünya səviyyəli yeni universitetlərin yaradılmasından və digər məsələlərdən də danışıldı. Yaxın Şərqdə və dünyanın digər bölgələrində baş verən hadisələrə də toxunuldu.

Fasilədən sonra forumun “Balkanlar və Qara dəniz bölgəsi Avropa üçün lakmus kağızı kimi” mövzusunda birinci iclası keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.

Ölkəmizdə aparılan hüquqi, siyasi və iqtisadi islahatlardan danışan dövlətimizin başçısı dedi ki, Cənubi Qafqaz regionu hazırda Avropa üçün mühüm rol oynayır. Xüsusilə, Xəzər dənizinin enerji ehtiyatlarının Avropa bazarlarına çatdırılması indi ciddi əhəmiyyət daşıyır. Ancaq regionda mövcud olan Dağlıq Qarabağ münaqişəsi Avropa-Cənubi Qafqaz əlaqələrinə böyük maneədir. Avropa bu münaqişənin həllində ciddi rol oynayaraq, regionda sülhün bərqərar olmasına çalışmalıdır. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan hazırda iri neft və qaz hasilatçısına çevrilmişdir. Avropa üçün isə enerji təhlükəsizliyi zamanın tələbidir. Belə olan halda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunu oynamağa hazırdır.

Sonra aparılan geniş müzakirələrdə Prezident İlham Əliyev bir çox suallara da cavab verdi.

Müzakirələrdə Rumıniya Prezidenti Trayan Besesku, Bolqarıstan Prezidenti Georgi Pırvanov, Çernoqoriyanın Baş naziri, Ermənistanın xarici işlər naziri iştirak edirdilər.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Avropanın yeni qonşuluq siyasətinə qoşulubdur və bunda uğurla iştirak edir. Qərbə inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bir daha açıqladı.

Rumıniya Prezidenti Trayan Besesku çıxışında Azərbaycanın mövqeyini dəstəklədiyini bildirərək dedi ki, milli azlıqların hüquqlarının qorunması, bu siyasətin həyata keçirilməsi dövlətlərin ərazi bütövlüyünün pozulmasına səbəb olmamalıdır. Avropa standartlarına cavab verməyən bu cür fikirlərin səslənməsi heç bir səmərə verməyəcəkdir. Hər bir milli azlığın öz dövlətini yaratması mümkün deyil və muxtariyyət təcrübəsi vardır. Bu münaqişələr də həmin prinsiplər əsasında həll olunmalıdır.

Prezident İlham Əliyev daha sonra suallara cavabında vurğuladı ki, hazırda Ermənistan dünyada yeganə dövlətdir ki, ərazisində milli azlıqlar yoxdur, o, monodövlətdir. İki erməni dövlətinin yaradılması qeyri-mümkündür və bütün beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən Avropa standartlarına uyğun deyildir, gələcək Avropa üçün böyük təhlükə mənbəyidir.

Dövlətimizin başçısı qlobal enerji məsələləri, Azərbaycanın neft-qaz siyasəti, Bakı-Tbilisi-Ceyhan və digər layihələr, habelə beynəlxalq məsələlər barədə suallara da ətraflı cavab verdi.

Forumun sonrakı iclaslarında “Şərqi Avropa - yeni hakimiyyət, köhnə qayda?” və “Yaxın Şərqdən Hindiquşa qədər - Qərb strategiyası dağılırmı?” mövzularında müzakirələr də keçirildi.

Azərbaycan bu müzakirələrdə də fəal iştirak etdi. Bununla da forumun birinci iş günü başa çatdı. Beynəlxalq forum sentyabrın 23-də öz işinə yekun vuracaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır