İQTİSADİYYAT


BNA küləkli hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına diqqətli olmağı tövsiyə edir

BNA küləkli hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına diqqətli olmağı tövsiyə edir

Bakı, 29 mart, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, martın 30-dan başlayaraq aprelin 1-i axşamadək ölkə ərazisində hava şəraitinin kəskin dəyişərək qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, küləkli hava şəraitində sürücülərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur. Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları, həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, piyadalardan yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir. Sürücülərin nəzərinə çatdırılır ki, sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə küləkli hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.