SİYASƏT
BQXK DAXİLİ QOŞUN VƏ POLİS ZABİTLƏRİ ÜÇÜN TRENİNQ SEMİNAR KEÇİRMİŞDİR
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ölkəmizdəki nümayəndəliyi və Respublika Daxili İşlər Nazirliyi Bakı şəhərində Daxili Qoşunların və polis qüvvələrinin zabitləri üçün seminar keçirmişdir.
Nümayəndəlikdən AZƏRTAC-a bildirmişlər ki, seminarda təhsil, təlim və əməliyyat şöbələrinin zabitlərinə beynəlxalq humanitar hüquq, beynəlxalq insan hüquqları və BQXK-nin fəaliyyəti barədə məlumat verilmişdir. BQXK-nin silahlı qüvvələr və polis qüvvələri üzrə ekspertləri, döyüş əməliyyatlarının aparılması, komandirin məsuliyyəti, hüquq mühafizəsi, ictimai asayişin qorunması mövzularına da toxunmuşlar.