Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BRAZİLİYA FEDERATİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB LUİS İNASİU LULA DA SİLVAYA

Hörmətli cənab Prezident, 

Braziliya Federativ Respublikasının milli bayramı - Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı salamlayır, ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 avqust 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin