DÜNYA
Bağdadın hava limanı raket atəşinə tutulub
Tehran, 6 iyul, AZƏRTAC
Bağdadın beynəlxalq hava limanı raket atəşinə tutulub. Raket zərbələri nəticəsində ölən və xəsarət alan olmayıb.
AZƏRTAC “Əl-Ərəbiyə” kanalına istinadla xəbər verir ki, ötən gecə hava limanına atılan iki raket aeroportun onun yaxınlığına düşərək kiçik tikililərə ziyan vurub. Hava limanına və onun inzibatı binasına heç bir xəsarət toxunmayıb.
Hadisə yerinə gələn İraqın xüsusi xidmət orqanları araşdırmalara başlayıblar. Raket zərbələrinə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Cari ilin əvvəlindən Bağdadın beynəlxalq hava limanı dördüncü dəfədir ki, raket atəşinə tutulur. Yanvarda hava limanına raket zərbələri nəticəsində iranlı general Qasım Süleymani həlak olmuşdu.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]
Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək
- 07.05.2024 [14:48]
Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur
- 07.05.2024 [14:14]
Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq
- 07.05.2024 [14:02]