RƏSMİ SƏNƏDLƏR
Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinin birinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Şirvan Apellyasiya Məhkəməsinin hakimi Kamran Hüseyn oğlu Əkbərov vəzifəsi dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.
2. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Vahid Nəriman oğlu Sadıqov - Qəbələ Rayon Məhkəməsinin sədri
İlham Bayram oğlu Əhmədov - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi
Şərafət Asif qızı Məmmədova - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi
Şeyda Ədalət qızı Məhərrəmova - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi
Habil Çingiz oğlu Məmmədov - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi
Elmar Eldar oğlu Rəhimov -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi
İlham Əziz oğlu Kərimli - Abşeron Rayon Məhkəməsinin hakimi
3. Aşağıdakı hakimlər səlahiyyət müddəti uzadılaraq Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Rəşad Məhərrəm oğlu Abdulov,
Fuad Fikrət oğlu Babayev,
Zaur Əli oğlu Əliyev,
Aida Əli qızı Hüseyn.
4. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Bakı şəhəri, 2 noyabr 2018-ci il.