ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti professorunun məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
Bakı, 19 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin professoru, Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən Rövşən Xəlilovun həmmüəllifi olduğu “Antibakterial aktivliyin və hüceyrələrin canlılığının təhlili üçün sidik cövhəri (AgNPs/Ur-PMO) əsaslı dövri mezoporoz silisiumda Ag nanohissəciklərinin biosintezi” sərlövhəli məqalə beynəlxalq jurnalda (“Journal of Colloid and Interface Science”) dərc olunub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, məqalədə AgNPs/Ur-PMO birləşmələrinin nisbətən yaxşı antibakterial təsirlərə malik olması göstərilib. Müəyyən edilib ki, bu birləşmələrin tibbi müəssisələrdə - xəstəxana şəraitində istifadəsi infeksiyaları azaltmaqla yanaşı, antibiotiklərə davamlı bakteriyaların miqdarı xarakteristikasını zəiflədə bilər.
Qeyd edək ki, “Journal of Colloid and Interface Science” nəşrinin impakt faktoru 7.489-dur.