ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin doktoranturasına qəbul imtahanlarında 289 nəfər iştirak edəcək

Bakı, 12 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə 2022-ci il üçün doktoranturaya qəbul imtahanlarına 289 nəfər qatılacaq.

BDU-dan AZƏRTAC-a bildirilib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarında 264 namizəd iştirak edəcək. Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın əyani bölməsinə 68, qiyabi bölməsinə 190, dissertanturaya 6 nəfər sənəd verib.

Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarında isə 25 nəfər iştirak edəcək. Doktoranturanın qiyabi bölməsinə 17 nəfər, dissertanturaya 8 nəfər sənəd verib.

Dövlət İmtahan Mərkəzinin xarici dil üzrə qəbul imtahanında məqbul qiymət alan namizədlər BDU-da keçiriləcək fəlsəfə və ixtisas fənləri üzrə imtahanlarda iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.