ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin müəllimi beynəlxalq virtual konqresdə məruzə ilə çıxış edib

Bakı, 12 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayılova İstanbul Mədəniyyət, Sakarya və Kazan Federal Universitetlərinin təşkilatçılığı ilə keçirilən “Türk dilinin xarici dil kimi tədrisi” adlı VI Beynəlxalq virtual elmi konqresdə iştirak edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Rusiya, Türkiyə, Azərbaycan, Kanada və Norveçdən olan alimlərin iştirak etdiyi konqresdə Təranə İsmayılova “Qurana əsaslanan türk və ərəb dillərində müqayisəli islam-müsəlman nitq etiketləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi, həmçinin türk dilinin təbliği üçün Azərbaycanda, eləcə də Bakı Dövlət Universitetində yaradılan şərait, yetişdirilən mütəxəssislərin fəaliyyəti haqqında məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.