CƏMİYYƏT


Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib

Bakı, 19 aprel, AZƏRTAC

Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü, Beynəlxalq Əmək Təşkilatının 100 illiyi ilə əlaqədar seminar keçirilib.

"Bakı Metropoliteni" QSC-dən AZƏRTAC-a bildirilib ki, seminarda MİHİ-nin sədri Arif Mərdanov son illərdə həyata keçirilən əməyin mühafizəsi sahəsində qurumda aparılan islahatlar haqqında danışıb. Bildirib ki, bu məqsədlə yaradılan SƏTƏMM şöbəsi bilavasitə QSC sədrinə tabedir və bu gün şöbə, mütəmadi olaraq, növbəli və növbədənkənar yoxlamalar aparır. Bu işlərin nəticəsi olaraq bədbəxt hadisələrin qarşısı alınır.

MİHİ-nin əməyin texniki müfəttişi Vüqar Mirzəyev çıxışında SƏTƏMM haqqında ümumi məlumat verib. Qeyd olunub ki, təhlükəsizlik mədəniyyəti işçilərin həyata olan baxışlarından, bilik və intellektual səviyyəsindən, düşüncə tərzindən çox asılıdır. SƏTƏMM qanunvericiliyi, təhlükəsizlik, fərdi mühafizə vasitələrindən düzgün istifadə, yanğın təhlükəsizliyi, ilk yardım vərdişlərinin mənimsənilməsi qaydalarının təbliği nəticəsində və bu qaydalara riayət olunmasına ciddi nəzarətin nəticəsində bu gün metropolitendə əmək xəsarətlərinin sayı minimuma endirilib. Metropolitenin istehsalat sahələri, əməyin təşkili və təhlükəsizlik texnikası üzrə respublika müsabiqəsinin qalibləri sırasında olub.

Sonda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Nadir Muradov Ümumdünya Əməyin Mühafizəsi Gününün tarixindən danışıb. Bu gün ölkədə istehsalat qəzalarının qarşısının alınması üçün səmərəli tədbirlərin həyata keçirildiyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.