ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetində payız semestrinin imtahan sessiyasına hazırlıq məsələləri müzakirə edilib

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-də Bakı Slavyan Universiteti (BSU) Elmi şurasının növbəti onlayn iclası keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən keçirilən iclasda rektor Nurlana Əliyeva şura üzvlərini Azərbaycan xalqının Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində möhtəşəm Qələbə qazanması münasibətilə təbrik edib.

İclasda BSU-da 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı məsələlər müzakirə edilib, sessiyanın ölkəmizdə davam edən xüsusi karantin rejiminin tələblərinə uyğun və eyni zamanda şəffaf, ədalətli və obyektiv keçirilməsi üçün fakültə dekanları, kafedra müdirləri və digər müvafiq strukturların rəhbərləri qarşısında konkret vəzifələr qoyulub. Daha sonra iclasda cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Sonda rektor Nurlana Əliyeva iclasda irəli sürülən vəzifələrin uğurla həyata keçirilməsi üçün tapşırıq və tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.