İQTİSADİYYAT
Bakı-Sumqayıt avtomobil yolunda tıxac problemi tezliklə həllini tapacaqdır
Sumqayıt, 3 mart (AZƏRTAC). Bakı və Sumqayıt şəhərləri arasında avtomobil yolunda müşahidə olunan tıxac problemi tezliklə həllini tapacaq və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunacaqdır.
Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov AZƏRTAC-a bildirmişdir ki, hazırda bu məqsədlə Bakıdan Sumqayıt istiqamətində (Biləcəri qəsəbəsi hissəsində) biraşırımlı körpü inşa olunur. Körpünün yanaşma yolları yeni tikilən yerüstü piyada keçidinə qədər uzanacaqdır. Həmçinin dairəvi hərəkətin təmin olunması planlaşdırılır ki, bu da avtomobillərin istənilən istiqamətə çıxışını təmin edəcəkdir.
N.Həsənov əlavə etmişdir ki, körpünün tikintisi ilə bağlı işlərin bu ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]