İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşımalara tələbat sürətlə artır

Ankara, 13 may, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yaratdığı məlum problemlər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətii ilə daşımaların həcminin artmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu deyib. O bildirib ki, xarici ticarətdə BTQ-nin imkanlarına ciddi tələbat yaranıb. Bu xətt daşımaların vaxtında və təhlükəsiz həyata keçirilməsi üçün cəlbedici polad magistraldır.

Nazir deyib: “Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tutumunu artırmaq üçün işləri sürətlə tamamladıq. Türkiyə-Gürcüstan sərhədinin Türkiyə tərəfindəki Kəndirbaz Stansiyasında BTQ-yə gündəlik əlavə 3500 ton tutum artımı təmin edəcək konteyner köçürmə sistemini quraraq işə saldıq”.

Yeni quraşdırılan terminalın yükdaşımada intensivliyin artmasını təmin etdiyini diqqətə çatdıran nazir deyib ki, bunun sayəsində Qazaxıstan və Azərbaycandan 15 vaqona yüklənmiş 27 konteynerdə 1200 ton mədən, əkinçilik məhsulları və xam maddələr Mersin, Dərincə və Dənizli istiqamətində yola salınıb. Bu xətlə Avropaya tranzit məhsulların da vaxtında daşınması təmin edilir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.