İQTİSADİYYAT
Bakı gəmiqayırma zavodu indiyədək 1 liman-yedək və 3 sərnişin gəmisi tikərək təhvil verib
Bakı, 16 dekabr, AZƏRTAC
İndiyədək Bakı gəmiqayırma zavodunda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) sifarişi ilə 1 liman-yedək və 3 sərnişin gəmisi tikilərək təhvil verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ASCO-nun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.
"Təkcə son 6 ildə ASCO tərəfindən 20 gəmi alınıb. ASCO gəmilərin inşasında yerli gəmiqayırma sənayesinin dəstəklənməsi məqsədilə regionda ən müasir və unikal gəmi tikintisi potensialına malik Bakı gəmiqayırma zavodunun imkanlarından geniş istifadə edir. Bununla belə, ASCO-nun donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı gəmiqayırma zavodu ilə danışıqlar aparılır. Onların arasında quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri var", - deyə M.Mehdiyev bildirib.