Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakı nefti və onun Azərbaycan Xalq Cümhuriyyətinin siyasi taleyindəki rolu

Bakı nefti və onun Azərbaycan Xalq Cümhuriyyətinin siyasi taleyindəki rolu

Bakı, 30 noyabr, AZƏRTAC

Tədqiqatçılar və tarixçilər Azərbaycan Xalq Cümhuriyyəti dövrünün müxtəlif aspektləri ilə bağlı araşdırmaları davam etdirirlər. AZƏRTAC bu silsilədən tarix üzrə fəlsəfə doktoru, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramovun Azərbaycan neftinin tarixinə, onun milli dövlətçilik tariximizdə müstəsna yer tutan Xalq Cümhuriyyətinin siyasi taleyindəki roluna həsr olunmuş qeydlərini təqdim edir.

XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Rusiya imperiyasının müstəmləkəsi olan Şimali Azərbaycanın iqtisadiyyatında əsas yeri neft sənayesi tuturdu. Bu da səbəbsiz deyildi. Çünki məhz bu dövrdə Bakı şəhəri 1872-ci ildə çar hökumətinin qərarı ilə 1807-ci ildən neftlə bağlı tətbiq edilən iltizam sisteminin ləğvindən sonra neftçıxarma işinin mərkəzinə çevrilmişdi. Neftli torpaqların müsadirə (hərrac və ya auksiona çıxarmaqla) yolu ilə satışının təşkili çox qısa bir müddət ərzində buraya çox böyük miqdarda daxili və xarici kapitalın axınına səbəb olmuşdu. 1873-1898-ci illər ərzində Bakı neft sənayesində Azərbaycan milli kapitalını H.Z.Tağıyev, A.M.Nağıyev, A.M.Muxtarov, A.Ş.Əsədullayev, İ.Hacınski, Aşurbəyovlar qardaşları və başqaları, Avropa və çar Rusiyası, əsasən də Britaniya kapitalını Rotşild, Nobel qardaşları, Ceyms Vişau təmsil edirdilər. İngilislər 1885-ci ildə Bakıya gəldikdən sonra burada yeni səhmdar cəmiyyətləri yaratmaqla bərabər, neft müəssisələrinin alışı ilə məşğul olurdular. İngilis kapitalını təmsil edən maliyyə qruplarından birinə Böyük Britaniya Bankının direktoru E.Hubbard, digər qrupa isə A.Styuart və F.Zeyn başçılıq edirdi. Onlar Azərbaycan milli kapitalının tanınmış nümayəndəsi H.Z.Tağıyevdən kerosin yağı, sulfat turşusu istehsal edən zavodu, neft kəmərini, neftdaşıyan donanmanı, dəmiryol sisternləri parkını və neft-kerosin anbarını 5 milyon rubla satın almışdılar.

Avropa kapitalı Nobel qardaşlarının timsalında 1873-cü ildə hərrac satışında iştirak edərək Balaxanı, Sabunçu və digər ərazilərdə neftli torpaq sahələri almışdı. Neftli torpaq sahələrinin satışından sonra Bakıda neftin çıxarılması, emalı, satışı, daxili və xarici bazarlara çıxarılması işi ilə məşğul olan şirkətlərin sayı çox sürətlə artmağa başladı. İltizam sisteminin ləğvindən bir il sonra, yəni 1873-cü ildə Bakıda 12 neft şirkət fəaliyyət göstərdiyi halda, 1879-cu ildə onların sayı 79-a, 1900-cü ildə isə 146-ya çatmışdı. Qoyulan kapital öz bəhrəsini verməyə başlamışdı. Belə ki, Nobel qardaşlarının əldə etdikləri gəlirin miqdarı 1874-cü ildəki 3 milyon rubldan 1885-ci ildə 15 milyon rubla çatmışdı.

Bakı neft sənayesində neftçıxarma işində müxtəlif texniki üsullar tətbiq olunurdu. XIX əsrin 70-ci illərinin ikinci yarısından başlayaraq, neftçıxarmada əl əməyini buxar mühərrikləri ilə əvəz edilməsi neft sənayesində bir çevriliş idi. Əgər 1875-ci ildə Bakıda 35 qazma quyusu var idisə, bu yeniliyin tətbiqi nəticəsində 1900-cü ildə onların sayı artıq 1710-a çatmışdı. Buna müvafiq olaraq neft hasilatı 1870-ci ildəki 1.482.100 puddan 1898-ci ildə 4.489.000 puda qədər artmışdı.

Bakının neftlə zəngin torpaqları Rusiya, Avropa və ABŞ şirkətlərini cəlb edirdi

1918-ci il iyunun 5-də cəllad Stepan Şaumyanın sağ əli sayılan, Bakı Soveti Neft Komitəsinin sədri Ter-Qabrelyana neft şəhərini nəyin bahasına olursa-olsun əldə saxlamaq, mümkün “olmadığı təqdirində şəhəri yandırmaq” əmri verən Vladimir Lenin Bakı neft rayonunda 1895-ci ildə 384 milyon pud, 1902-ci ildə isə 637,7 milyon pud neft hasil edildiyini və “demək olar ki, bütün neft Bakı quberniyasında çıxarılır” ifadəsini işlətmişdi. Doğrudan da, XIX əsrin 70-90-cı illərində Bakı nefti beynəlxalq münasibətlərdə, xüsusilə də böyük dövlətlər arasındakı münasibətlərdə xüsusi yer tuturdu. XX əsrin əvvəlində yaranmış iki hərbi siyasi bloka daxil olan ölkələrə - Böyük Britaniya, Fransa və çar Rusiyasına məxsus neft şirkətləri 25 ildən artıq bir dövr ərzində Bakı neft sənayesində təmsil olunmuşdular. 1917-ci ilin aprelində Birinci Dünya müharibəsinə “Antanta” bloku tərəfindən qoşulan ABŞ-ın “Standart Oyl” şirkətinin nümayəndəsi Herbert Tvidlt hələ 1880-ci ildə Bakıya gəlmiş və burada təmsil etdiyi şirkət üçün konsessiya (müqavilə) almağa səy göstərmişdi. Bakı neft rayonunda neft hasilatı üzrə pay almağa nail olmayan ABŞ-ın neft maqnatı burada fəaliyyət göstərən Avropa neft şirkətlərinin səhmlərini məxfi şəkildə almağa başlamışdı. Burada əsas məqsəd öz inkişaf sürətinə görə ABŞ-ı geridə qoyan Bakı neft rayonunun imkanlarının genişlənməsinin qarşısını almaq idi. Bu məqsədlə təkcə ABŞ-ın deyil, eyni zamanda, Avropa ölkələrinin neft şirkətlərinin məxfi nümayəndələri də səyyah adı ilə Bakıya gəlir, özlərini tədqiqatçı kimi təqdim edərək neftli torpaqlarla maraqlanırdılar. 

1898-1903-cü illərdə Bakı neft sənayesinə qoyulan bütün sərmayənin 56 faizi xarici kapitalın payına düşürdü. Bu da danılmaz həqiqətdir ki, neftdən əldə edilən gəlir onun əsl sahibi olan Azərbaycan xalqının deyil, Rusiya imperiyasının maraqlarının təmin edilməsinə yönəldilirdi. Bu siyasət neft sənayesində inhisarların - bank kapitalı ilə sənaye kapitalının birləşməsi ilə nəticələndi.

Ötən əsrin sonunda Bakı nefti dünyada çıxarılan neftin 52 faizini, çar Rusiyasında çıxarılan neftin isə 95 faizini təşkil edirdi. 1900-1905-ci illərdə Bakı neft mədənlərindən hər il orta hesabla 10 milyon ton neft çıxarılırdı. 1914-cü ildə, yəni Birinci Dünya müharibəsi başlayan zaman neftçıxarmanın həcmi 7,5 milyon tona enmişdi.

Bundan əlavə, neftin satışında da böyük dəyişikliklər baş vermişdi. 1900-cü illə müqayisədə Bakı neftinin qiyməti 1911-ci ildə 50 faiz, 1912-ci ildə isə 86 faiz bahalaşmışdı. Bunun səbəbi Bakı neft sənayesində təmsil olunan Avropa və çar Rusiyasının neft şirkətlərinin yeritdikləri talançılıq siyasəti idi. Burada daha çox üç böyük şirkətin - ruslara məxsus “Produql”, İsveç əsilli Rusiya təbəələri olan Nobel qardaşlarına məxsus “Nobel Mazut” və ingilislərə məxsus “Royal Datc Sell”in istismarçı fəaliyyəti diqqəti cəlb edir. “Nobel Mazut” şirkəti hazır kerosinin 77 faizinin, qalan neft məhsullarının isə 56 faizinin satışını öz əlində cəmləşdirmişdi. Birinci Dünya müharibəsi ərəfəsində Bakı neft mədənlərindən 489 milyon pud neft çıxarılmış və dünya ölkələri bazarlarına satış üçün 322,2 milyon pud müxtəlif neft məhsulları göndərilmişdi.

1914-1917-ci illərdə dünya üzrə neft hasilatının 75 faizi Bakının payına düşürdü

Bakı neft rayonunda çıxarılan və ixrac edilən neftin həcmi göstərir ki, 1914-1918-ci illərdə dünyanı yenidən bölüşdürmək üçün başladılmış Birinci Dünya müharibəsində neft amili xüsusi rol oynayırdı. Müharibənin başlanması çar Rusiyası üçün ağır zərbə olsa da, o özünü Bakı neftinin hesabına çox qüdrətli dövlət hesab edirdi. Böyük Britaniya, Fransa, Rusiya, Almaniya və 1917-ci ildə ABŞ-ın müharibəyə qoşulması neftə olan tələbatın artmasına, onun dünya bazarında qıtlığına səbəb oldu. Nəticədə neft hasilatının həcminə görə Bakı, ABŞ, İran və Meksikanı da ötüb keçmişdi. 1914-1917-ci illər ərzində Bakı neft rayonunda 28683 min ton neft çıxarılmışdı ki, bu da ümumdünya neft hasilatının 75 faizini təşkil edirdi. Buna görə də “Antanta” ölkələrinin əsas rəqibi olan Almaniya ilə müqayisədə hərbi üstünlüyü özünü açıq şəkildə göstərirdi. Böyük Britaniyanın Baş naziri Lloyd Corc Azərbaycan neftinin Almaniyaya satışının dayandırılmasını təkidlə tələb edirdi. 

1917-ci ildə Rusiya imperiyasının süqutu Qafqaz cəbhəsində çox böyük boşluqların yaranmasına səbəb oldu. Bununla da hər iki hərbi-siyasi bloka daxil olan dövlətlərin ordularının Bakıya yürüşü başlandı.

Neftin müharibədə həlledici vasitə olduğunu əyani surətdə görən və məğlubiyyətə düçar olan Almaniya və onun müttəfiqi Osmanlı dövlətinin də Bakı ilə bağlı planları mövcud idi. Birinci Dünya müharibəsi illərində iqtisadi cəhətdən ağır vəziyyətə düşən Osmanlı dövləti neft məhsullarına böyük ehtiyac duyurdu. Buna görə də 1918-ci ilin payızında Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında imzalanmış müqaviləyə əsasən Cümhuriyyət hökuməti Osmanlı dövlətinə 1 milyon lirə dəyərində neft və neft məhsullarını satmaq öhdəliyi götürmüşdü. 1918-ci il noyabrın sonunadək Bakıda olan Osmanlı dövləti hərbi komandanlığı tərəfindən neft məhsullarının daşınması üçün Bakı-Batum ağ neft kəmərinin təmiri üçün tədbirlər görüldü. Bakıdan Batum terminalına Türkiyə və Almaniya üçün hər gün azı 23 sistern neft daşınırdı. Amma Almaniya Bakı nefti məsələsində öz müttəfiqi olan Osmanlı dövlətinə heç də etibar etmirdi. Alman komandanlığı Ukrayna və Qara dəniz vasitəsilə Gürcüstana çıxmaq və oradan Bakı istiqamətində irəliləməyi planlaşdırırdı.

Almanların bu planından xəbərdar olan Böyük Britaniya hərbi komandanlığı general L.Denstervilin 1000 nəfərlik hərbi desant qrupunun İranın Ənzəli şəhərindən Bakıya yeridilməsinə razılıq verdi.

Yaxın Şərqdə böyük hərbi qüvvə saxlayan Böyük Britaniya imperiyası heç bir dövləti bu regiona buraxmaq istəmirdi. Böyük Britaniyanın Baş naziri Lloyd Corc öz memuarlarında yazırdı ki, “Biz o vaxt əli qoynunda oturmamışdıq”. İngiltərənin “Tayms” qəzeti 1918-ci ildə Bakıya qoşun yeridən ingilislərin buraya Bakının neft mədənlərini zəbt etmək məqsədilə gəldiklərini yazırdı.

Bu faktı da qeyd etmək lazımdır ki, neft Bakısını işğal etmək üçün ingilisləri buraya dəvət etmək üçün İranın Ənzəli şəhərinə hamıdan birinci qaçaraq gəlib öz xidmətlərini təklif edən ermənilər olmuşdu. Cənubi və Şimali Azərbaycan ərazilərini öz aralarında bölüşdürən Böyük Britaniya və Rusiya imperiyaları Bakını əllərindən vermək istəmirdilər. İlk növbədə onu qeyd etmək lazımdır ki, Bakı neft sənayesində Böyük Britaniya və çar Rusiyasının neft şirkətlərinin xüsusi yerləri var idi.

Bolşeviklər neftə görə hətta Bakını yandırmağa hazır idilər

Rusiyada hərbi çevriliş yolu ilə hakimiyyətə gələn Vladimir Lenin, Lev Trotski, Feliks Dzerjinski və digər bolşeviklər Bakını əldə saxlamaq üçün 1917-ci il dekabrın 16-da Stepan Şaumyanı Qafqazın fövqəladə və səlahiyyətli komissarı təyin etdilər. Geniş səlahiyyətlər alan Şaumyana Leninin birbaşa göstərişi ilə 500 min rubl, onun başçılıq etdiyi Bakı sovetinə isə 30 milyon 800 min rubl maliyyə vəsaiti ayrıldı. Bakıya Moskva hərbi dairəsindən 14 aeroplan, 2 zirehli qatar, 5 min tüfəng və hərbi dəstə göndərildi. Sovet Rusiyasından hərbi və maliyyə yardımı alan Stepan Şaumyan 1918-ci il martın sonunda Bakı şəhərini onun əsl sahibi olan azərbaycanlılardan təmizləmək üçün soyqırımı cinayəti törətdi. Moskva hərbi dairəsindən alınan silahlar, o cümlədən 5 min tüfəng Qafqaz cəbhəsinin müxtəlif bölgələrindən Bakıya gətirilmiş erməni əsgərlərinə paylanmışdı. Bakı Sovetinin tabeliyində olan 10-12 minlik qondarma “qırmızı qvardiya”nın 70 faizi ermənilərdən ibarət idi.

Sovet Rusiyası Bakını əldə saxlamaq üçün ermənilərdən silah kimi istifadə edirdi. Bu məsələdə erməniləri öz tərəflərinə çəkmək istəyən Böyük Britaniya və ABŞ hökumətləri də onlara maliyyə yardımı ilə bərabər, hərbi təlimlər keçirdilər. Sovet Rusiyası 1918-ci il iyunun əvvəlində Bakıda vəziyyətin ağırlaşdığından xəbər tutduqdan sonra Şaumyanın ünvanına bir sıra müraciətlər ünvanladı. Bu müraciətlərdən biri də onun Bakı Neft Komitəsinə sədr təyin etdiyi Ter-Qabrelyana aid idi. Leninin həmin teleqramında deyilirdi: “Əgər hücum təhlükəsi olarsa, o (Ter-Qabrelyan), Bakını tamamilə yandırmaq üçün hər şeyi hazır etsin”. Bu teleqramdan sonra Lenin tərəfindən Şaumyanın ünvanına 50 milyon rubl maliyyə vəsaiti də göndərilmişdi ki, Bakının yandırılmasını həyata keçirsin. Stepan Şaumyan Bakıda törədilən türk-müsəlman soyqırımı cinayətini gizlədərək ona “Vətəndaş müharibəsi” donu geyindirirdi.

Cinayətkar sovet hökumətinin nəyin bahasına olursa-olsun, Bakını əlində saxlamaq istəyini təsdiqləyən daha bir fakt Almaniyanın İstanbuldakı konsulunun 1918-ci il iyul ayının əvvəlində öz hökumətinə təqdim etdiyi hesabatında öz əksini tapıb. Konsul bolşeviklər tərəfindən Bakının güclü mühafizə olunduğunu qeyd edir və “Bakı məsələsi” ilə bağlı Sovet Rusiyası ilə danışıqlar aparmağı təklif edərək yazırdı: “Əgər biz bolşeviklərlə sazişə gələ bilsək, onda Bakının neft mədənləri və neft ehtiyatları bütövlükdə əlimizə salamat keçəcək. Əgər bunun əksinə olaraq, bolşeviklər şəhəri tərk etməyə məcbur olsalar, mədənləri yandıracaqlar, onda nə biz, nə də türklər neft ehtiyatlarından istifadə edə biləcəyik. Onlarsız isə Qafqaz dəniz yollarının istismarı tezliklə dayanacaq”. Bu fikri daha başqa bir fakt da təsdiqləyir. 1918-ci ilin iyulunda İstanbulda konfransda iştirak edən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin rəhbəri M.Ə.Rəsulzadə M.H.Hacınskiyə məktubunda qeyd edirdi ki, neft haqqında məsələ Azərbaycandan çox Türkiyə-Almaniya məsələsidir.

Bakı Sovetindən hakimiyyəti təhvil alan qondarma Sentrokaspi hökuməti Bakı şəhərini əldə saxlamaq üçün Böyük Britaniya qoşunlarının dəvət olunması məqsədilə erməni daşnaklarından ibarət nümayəndə heyətini İranın Ənzəli şəhərinə göndərmişdilər. Ermənilər Bakıya general L.Denstervilin komandanlığı altında 20 min nəfərlik Böyük Britaniya qoşununun gəlişini gözləyirdilər. Lakin avqustun 4-də Bakıya cəmi 1000 nəfərlik hərbi dəstə daxil olan general vəziyyətlə tanışlıqdan sonra həmin ayın 24-də şəhəri tərk etmək qərarına gəldi. Qondarma Sentrokaspi hökumətinin zəifliyi və xüsusilə də erməni daşnaklarının özbaşınalığının geniş miqyas alması ingilis komandanlığını belə bir qərar qəbul etmək qənaətinə gətirmişdi. Digər əsas səbəb isə Birləşmiş Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etmək istiqamətində həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar idi. Artıq 1918-ci il avqustun sonunda ingilis komandanlığı müqavimət göstərməyin mənasız olduğunu anlamışdı. Bununla belə, L.Denstervil Bakıdakı eser, menşevik və daşnaklarla əlaqə yaratdı ki, şəhərin işğalı planı hazırlamaqda və həyata keçirməkdə onlardan yardım alsın.

Böyük Britaniya Bakını və neft onun mədənlərini öz mülkü elan etmişdi

İngilis komandanlığının fəaliyyəti nəticəsində neftçıxarma sahəsinə, o cümlədən neftdaşımaya 220,57 milyon rubl ziyan dəymişdi. İngilis komandanlığının 1918-ci ilin dekabrından 1919-cu ilin iyulunadək Azərbaycan Xalq Cümhuriyyəti Dəmir Yolu İdarəsinə sərnişin, yükdaşıma və o cümlədən maye yanacaq daşınması üzrə yığılan borcu 26 milyon 466 min rubla çatırdı. Əldə olunan rəsmi sənədlərə əsasən, ingilis komandanlığının Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə olan ümumi borcunun 25 milyon 734 min 220 rublu hökumətin cari hesabına köçürüldükdən sonra, qalan borcun miqdarı 52 milyon 200 min 150 rubl təşkil edirdi. Bütövlükdə isə ingilis hərbi komandanlığı tərəfindən 1918-ci ilin dekabrından 1919-cu ilin avqustunadək olan müddət ərzində Azərbaycandan 113,5 milyon rubl dəyərində 30 milyon pud neft aparılmışdı. Bundan əlavə ingilis komandanlığının sifarişi ilə həmin müddət ərzində ağ neft kəməri və dəmir yolu ilə Bakıdan göndərilən bütün növ neft məhsullarının ümumi həcmi 29 milyon 830 min 989 pud 37 funt idi ki, onun da 19 milyon 552 min 316 pud 33 funtunun hansı ünvana göndərildiyi məlum deyildi. 

Müharibədə məğlub olan Osmanlı dövlətinin 1918-ci il oktyabrın 30-da imzaladığı Mudros müqaviləsindən sonra Böyük Britaniya türk qoşunlarının Cənubi Qafqazı, ilk növbədə, Bakını tərk etməsini tələb edirdi. İngilis qoşunlarının komandanı general Tomson Bakını ələ keçirdikdən sonra Cümhuriyyət hökumətinə etinasızlıq göstərdi, şəhərin özünün və onun neft mədənlərinin Böyük Britaniya dövlətinin mülkü olduğunu bildirdi. Lakin 1918-ci il dekabrın 28-də yenidən təşkil olunmuş hökumətin başçısı Fətəli xan Xoyskinin gərgin səyləri nəticəsində ingilis komandanlığı ilə normal münasibətlər qurmaq mümkün oldu və general Tomson onu Azərbaycanda yeganə qanuni hakimiyyət olduğunu qəbul etdi.

İngilis işğalı Azərbaycanın neft sənayesinə ağır zərbə vurdu. Bakı Soveti qoşunlarının bombardmanı və ingilislərin hərbi müdaxiləsi nəticəsində neft sənayesinə dəyən ümumi zərərin miqdarı 21 milyon 548 min rubl təşkil edirdi.

1918-ci il noyabrın 17-də Böyük Britaniya qoşunları Bakını və onun neft mədənlərini işğal etmək niyyəti ilə yenidən Azərbaycana yeridildi.

Bakı nefti beynəlxalq münasibətlər müstəvisində

Bakı neftinə yiyələnmək niyyəti o zaman yanacağa və digər neft məhsullarına kəskin ehtiyacı olan Almaniya hökumətinin planlarında da xüsusi yer tuturdu. Alman generalı Ludendorf hesab edirdi ki, Qafqazı ələ keçirməklə iqtisadi cəhətdən gücləndirmək üçün almanlara “Bakıya gəlib çıxmaq” lazım idi. Almaniyanın Qafqazı, o cümlədən Bakını ələ keçirmək cəhdlərinin ciddiliyini və ona böyük əhəmiyyət verdiyini Almaniya Baş qərargahının 1918-ci ilin iyulunda keçirilmiş məxfi iclasında aparılan müzakirələrin sənədləri də açıq şəkildə təsdiqləyir. Belə ki, həmin müzakirələrdə Kayzer II Vilhelm, Hindenburq, Lüdendorf və digər yüksək rütbəli hərbçilər iştirak etmişdilər. 

Cümhuriyyətin bütün rəhbərləri neftin ölkənin siyasi taleyində tutduğu yeri dərindən anlayır və bundan maksimum dərəcədə istifadə etməyə çalışırdılar. Xarici işlər naziri M.H.Hacınskinin 1918-ci il iyul ayının əvvəlində İstanbula M.Ə.Rəsulzadəyə ünvanladığı məktubda Almaniya və Osmanlı dövlətinin Bakı nefti ilə bağlı maraqlarının Azərbaycan hökuməti tərəfindən nəzərə alınacağını söyləməyi xahiş etmişdi. O yazırdı: “Türkiyə, Azərbaycan və Almaniyanın maraqlarının uzlaşdırılması üçün zəmin tapır. Bu zəmin Bakı nefti haqqında iqtisadi razılaşmadan ibarətdir. Burada güzəştlərə getmək olar”.

Göründüyü kimi, Cümhuriyyət təmsilçilərinin keçirdikləri bütün diplomatik görüşlərdə, yazdıqları rəsmi məktublarda, apardıqları danışıqlarda Bakı neftinə xüsusi diqqət ayrıldığı aydın görünür.

Bakı neftinin Azərbaycan Xalq Cümhuriyyətinin siyasi tabeliyində oynadığı roldan bəhs edərkən burada ABŞ dövlətinin mövqeyi barədə fikir söyləməyə də ehtiyac yaranır. Belə ki, ABŞ şirkətləri XIX əsrin sonu-XX əsrin əvvəllərində Bakı neft sənayesində rəsmən təmsil olunmasalar da, buna maraq göstərirdilər. Bu baxımdan Rokfellərə məxsus “Standart Oyl” şirkətinin fəaliyyəti diqqəti cəlb edir. Rokfellerin atdığı addımlar, 1918-ci ildə “Nobel qardaşları yoldaşlığı” şirkətinin səhmlərinin “Standart Oyl” şirkəti tərəfindən alınması, 1919-cu ildə Birləşmiş Ştatlar hökuməti tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı həyata keçiriləcək siyasətin formalaşdırılmasına dair arxiv sənədləri ilə tanışlıq ABŞ dövlətinin 1920-ci ilin yayına qədər bu regionda yeritdiyi siyasətin mahiyyətini anlamağa imkan verir.

Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məsələ qalib dövlətlərin, ilk növbədə ABŞ Prezidenti Vudro Vilsonun təklifi ilə 1919-cu ilin mayın 2-də Dördlər Şurasının iclasında müzakirə edilmiş və Cümhuriyyətin nümayəndə heyətinin Parisə buraxılması tələb olunmuşdu. Vudro Vilson Parisə yola düşərkən “Standart Oyl”un sahibi Rokfellerlə görüşmüşdü. Rokfeller ona Cümhuriyyət nümayəndə heyəti ilə görüşmək təlimatı versə də, ABŞ hökuməti tərəfindən onun de-yure tanınmasını məsləhət görməmişdi. Məsələnin maraqlı tərəfi odur ki, burada məqsəd nəyin bahasına olursa-olsun, Bakı neftini ələ keçirmək istəyən Rokfellerin təklifi ilə Böyük Britaniya neft şirkətlərinin təmsilçisi H.Deterdinqə qarşı mübarizə aparmaq üçün hətta bu işə dünya maliyyəsi məsələləri üzrə məşhur fırıldaqçı Harri Tsinkler cəlb olunmuşdu. 1920-ci ildə İstanbula gələrək Vrangel ordusunda xidmət etmiş zabitlər də daxil olmaqla 8000 nəfəri öz ətrafında toplayan Harri Tsinkler burada Bakı istiqamətində hərəkət etmək və neft mərkəzini Sovet Rusiyasının caynağından qoparmaq kimi xəyali bir plan hazırlamışdı. Lakin bu planın qarşısı Osmanlı dövləti tərəfindən alınmışdı.

ABŞ hökuməti regionu dərindən öyrənmək üçün Qafqazda Amerika administrasiyasının yardım komitəsini yaratdı və öz nümayəndələri V.Haskel, Con Rondolf və Ceyms Reyi buraya göndərdi. Haskel sentyabrın 1-də Naxçıvanda ABŞ dövlətinə tabe olan general-qubernatorluğunun yaradılmasına böyük ehtiyac olduğunu bildirdi.

Əldə olan arxiv sənədlərinə əsasən, Azərbaycan Xalq Cümhuriyyətinə məxsus əraziləri nəzarətə götürən ABŞ dövlətinin hərbi-siyasi missiyasının əsas məqsədi Ermənistana hərbi-siyasi və maliyyə yardımı göstərməklə bərabər, guya Cənubi Qafqaz xalqları arasında baş verə biləcək münaqişələrin qarşısının alınması idi. Lakin əslində belə deyildi. 1919-cu il sentyabrın 5-də Ermənistan parlamentində çıxış edən V.Haskel iki ölkə arasında hərbi-siyasi gərginliyin artmasında Azərbaycan Xalq Cümhuriyyəti hökumətini təqsirləndirir və ABŞ hökuməti tərəfindən Ermənistana yardım olunacağını vəd edirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvləri ilə keçirdiyi görüşdə isə onun adından deyilənlərin yalan və böhtan olduğunu söyləyirdi. Bütün bunlar ABŞ dövlətinin Cümhuriyyətə qarşı hansı siyasi mövqe nümayiş etdiyini açıq-aydın göstərir.

Tarixdə varislik prinsipinə istinad edərək, birmənalı şəkildə söyləmək olar ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 100 il ötsə də, çox ağır itkilər və məhrumiyyətlər hesabına öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı yenə ikili standartlar siyasəti ilə qarşılaşmaqdadır. Lakin buna baxmayaraq, ümummilli lider Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan dövləti bütün maneələri dəf edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə öz beynəlxalq mövqelərini möhkəmləndirərək Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək