CƏMİYYƏT


Bakıda 50 evdən oğurluq edən şəxs həbs olunub VİDEO

Bakı, 10 noyabr, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin və 3-cü polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən silsilə oğurluqlar edən axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəllər də mənzil oğurluqları etdiyi üçün dəfələrlə məhkum olunmuş Əhliman Atamov tutulub. Bu şəxsin Xəzər rayonu ərazisində 10 evdən pul və qızıl-zinət əşyaları oğurladığı məlum olub. Saxlanılan şəxs əldə etdiyi qızıl-zinət və məişət əşyalarını paytaxt ərazisindəki ticarət mərkəzlərindən birində satıb.

Aparılan araşdırmalar zamanı Əhliman Atamovun Binəqədi, Suraxanı, Sabunçu və Abşeron rayonları ərazisində də daha 40 evdən oğurluq etdiyi müəyyənləşdirilib. O, həmin evlərdən də ancaq pul və qızıl-zinət əşyaları oğurlayıb.

Qeyd edək ki, Əhliman Atamov Sabunçu rayonunda oğurluq etdiyi mənzillərin birindən çıxan zaman şəxsiyyət vəsiqəsi də həmin evdə düşüb.

Faktlarla bağlı 3-cü polis şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Ə.Atamov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.