İQTİSADİYYAT


Bakıda Azərbaycan-Özbəkistan qadın sahibkarlarının biznes forumu keçirilir

Bakı, 29 iyun, AZƏRTAC

Özbəkistan Respublikasının Ali Məclisinin Senatının sədri Tənzilə Narbayevanın ölkəmizə rəsmi səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə iyunun 29-da Bakıda Azərbaycan-Özbəkistan qadın sahibkarlarının biznes forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən əməkdaşlıq əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.

Özbəkistan Respublikasının Ali Məclisinin Senatının sədri Tənzilə Narbayeva qeyd edib ki, bugünkü forum ölkələrimizin qadın sahibkarları arasında əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verəcək.

Biznes forum işini B2B görüşləri ilə davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.