Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakıda “Azəryol” klubunun inzibati binası, voleybol meydançası və “Azəryol” oteli istifadəyə verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Bakı, 21 dekabr (AZƏRTAC). Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Voleybol Federasiyasının “Azəryol” voleybol klubunun yeni inzibati binasının, voleybol meydançasının və “Azəryol” otelinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə inzibati binada yaradılan şəraitlə tanış oldu.

Nəqliyyat naziri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, Azərbaycan Voleybol Federasiyasının yerləşdiyi bu kompleks qadınlardan ibarət “Azəryol” və “Azərreyl” voleybol klublarının mərkəzi bazası kimi fəaliyyət göstərəcəkdir.

Binada ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, ulu öndərin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını, eləcə də veteran voleybolçuların fotolarını əks etdirən stendlər yaradılmışdır.

Diqqətə çatdırıldı ki, müasir memarlıq üslubunda ən son texnologiyalar əsasında inşa olunan binanın tikintisinə ötən il başlanılmışdır. Binanın layihəsi 2009-cu ildə Kölndə keçirilən memarlıq sərgisində ən yaxşı layihələrdən biri hesab edilmişdir. Kompleksin tikintisində azərbaycanlı və xarici mütəxəssislər birgə çalışmışlar. Üçmərtəbəli binada işçi qrupları, məşqçilər və menecerlərin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Buradakı konfrans zalı müasir avadanlıqla təchiz edilmişdir.

Yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan otaqlarda yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, burada oyunları izləmək üçün bütün imkanlar vardır. Binadakı 100 nəfərlik yeməkxananın xidmətindən həm idmançılar, həm də qonaqlar istifadə edəcəklər. Bundan əlavə, burada ən müasir avadanlığın quraşdırıldığı məşq zalı və tibbi yardım otağı vardır.

Dövlətimizin başçısı “Azəryol” klubunun yeni voleybol meydançasında yaradılan şəraitlə də tanış oldu.

Məlumat verildi ki, meydança Avropa Voleybol Konfederasiyasının və Beynəlxalq Voleybol Federasiyasının standartlarına tam uyğundur. “Azərreyl” və “Azəryol” klublarının təlim-məşq toplanışlarının da keçiriləcəyi bu idman qurğusunun daha bir xüsusiyyəti onun fəza konstruksiyasına malik olmasıdır. İki min tamaşaçı yerlik meydançada müasir tablo quraşdırılmışdır. Bu tablo Avropa Voleybol Konfederasiyası tərəfindən bütün federasiyalara nümunə kimi tövsiyə olunmuşdur. Oyunların gedişini zalda quraşdırılan led monitorlar vasitəsilə də izləmək mümkündür.

Azərbaycan Prezidenti İlham Əliyev burada voleybolçularla görüşdü.

İdmançıları təbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Mən çox şadam ki, bizim yerli - Azərbaycan voleybolçuları da yetişir və milli komandamızda təmsil olunurlar. Milli komandamız da, klublarımız da ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər. Deyə bilərəm ki, bizim daxili çempionatımız Avropada bəlkə ən güclü çempionatlardan biridir. Bir neçə komandamız yüksək zirvələrə çatmışdır və ən önəmlisi, milli yığmamız da çox gözəl oyun nümayiş etdirir. Əminəm ki, Avropa çempionatında da yığma komandamız yaxşı nəticə göstərəcəkdir.

Bildiyiniz kimi, 2015-ci ildə Bakıda birinci Avropa Olimpiya Oyunları keçiriləcəkdir. Voleybol idman növü də o oyunların siyahısına daxil edilib. Biz voleybolçularımızdan yeni qələbələr gözləyirik. Şübhəsiz ki, 2016-cı ilin Yay Olimpiya Oyunlarına da ciddi hazırlıq gedir. İndi belə gözəl şərait yaradılıbdır və əminəm ki, nəticələr daha da yaxşı olacaqdır.

Sizi, federasiyanı, bütün voleybol ictimaiyyətini gözəl nəticələr münasibətilə təbrik etmək istəyirəm. Oyun idman növləri arasında voleybol bizdə ön plandadır, birinci yerdədir. Hesab edirəm ki, digər oyun növlərinin də bu səviyyəyə çatması üçün fəal iş görülməlidir. Sizi bir daha təbrik edirəm.

Dövlətimizin başçısına Azərbaycan Voleybol Federasiyasının rəmzi topu və üzərində idmançıların imzaları olan voleybol topu hədiyyə edildi.

İdmançılar Azərbaycan Prezidenti ilə xatirə şəkli çəkdirdilər.

Sonra Prezident İlham Əliyev “Azəryol” otelində yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, altımərtəbəli oteldə ikisi VİP olmaqla 36 nömrə, restoran və kafeteriyalar vardır. Oteldə təlim-məşq toplanışlarına gələn idmançıların, qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Yüksək standartlara uyğun inşa olunmuş otelin binası kompleksin memarlıq quruluşuna da xüsusi yaraşıq verir.

Diqqətə çatdırıldı ki, “Azərreyl” Azərbaycan voleybolunun flaqmanı hesab olunur. 2000-ci ildə yaradılan klub 2002-ci ildə Avropa “Top Komandalar” kubokunu əldə etmişdir. 2004-cü ildə Çempionlar Liqasının “Dördlər finalı”na yüksələn “Azərreyl” 2010-cu ildə “Çağırış Kuboku”nu qazanmışdır. Komanda hazırda Çempionlar Liqasında çıxış edir. 2011-ci ildə yaranan “Azəryol” klubu isə beynəlxalq yarışlarda çıxışlarına yeni başlamışdır.

Dövlətimizin başçısı yaradılan şəraitdən razılığını bildirdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib