SİYASƏT
Bakıda “Bir millət, iki dövlət fəlsəfəsinin memarı - Ulu Öndər" mövzusunda Forum keçirilir
Bakı, 1 avqust, AZƏRTAC
Avqustun 1-də Bakıda “Bir millət, iki dövlət fəlsəfəsinin memarı - Ulu Öndər" mövzusunda forum keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir Türkiyə Cümhuriyyətinin və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.
Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vəqfinin və Azərbaycan Atatürk Mərkəzinin təşkilatçılığı ilə baş tutan Forumda hər iki ölkənin ictimaiyyət nümayəndələri, dövlət və hökumət rəsmiləri iştirak edirlər.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Bir millət, iki dövlət fəlsəfəsinin memarı - Ulu Öndər" adlı Forumun ilki Bakıda, ikincisi Ulu Öndərin doğulduğu Naxçıvanda, üçüncüsü isə Ankarada keçiriləcək. Forum iştirakçıları Şuşaya da səfər edəcək və mədəniyyət paytaxtımızda simpozium təşkil edəcəklər.