Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilib YENİLƏNİB

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də Bakıda "Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid" adlı III Beynəlxalq Bankçılıq Forumu keçirilib.

Tədbirin media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB), Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayens sahəsindəki yeniliklər və risklərin, həmçinin qeyd olunanların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

Tədbirdə çıxış edən Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev bildirib ki, "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrası ilə "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan hədəflərə nail olunacaq. Qiymətləndirmələrə görə, nağdsız ödənişlərin illik həcmi təqribən 17 milyard manat artacaq. Bu isə nağdsız ödənişlərin payının hər il 7 faiz artmasına imkan verəcək. Nəticədə, bütövlükdə iqtisadi dövriyyələrdə nağd ödənişlərin payı 74 faizdən 40 faizədək azalacaq. "2018-ci ildə ölkədə makroiqtisadi sabitlik təmin edilib. İlin sonunadək bu sabitlik tədbirləri birmənalı olaraq müsbət xarakterli olacaq. İlin sonunadək bu sabitlik, xüsusilə də manatın məzənnəsinin sabitliyi qorunacaq", - deyə A.Quliyev vurğulayıb.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev diqqətə çatdırıb ki, hazırda ölkəmizdə 30 kommersiya bankı fəaliyyət göstərir ki, onlardan 28-i özəl, 2-si dövlət bankıdır. Bu ilin 9 ayı ərzində bank aktivlərinin həcmi 4.6 faiz artaraq 29.2 milyard manat, kredit portfelinin həcmi 5 faiz artaraq 11.9 milyard manatı ötüb. Sektorun kapitallaşma səviyyəsi əhəmiyyətli dərəcədə yüksələrək, 4.1 milyard manatı ötüb. Əhalinin banklardakı əmanətlərində 8.4 faiz artım müşahidə edilib, əmanətlərin həcmi 8.2 milyard manata çatıb. "Hazırkı şəraitdə milli bank sistemimizin inkişafı üçün yeni drayverlərə böyük ehtiyac var. Hesab edirik ki, digitallaşma bu drayverlərdən biri ola bilər və eyni zamanda, banklarla müştərilər arasında qarşılıqlı inamın daha da güclənməsinə və şəffaflığın artmasına xidmət etmiş ola bilər. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan cəmiyyəti bütövlükdə və ayrıca götürülmüş bank sektoru yeni yüksək texnologiyalara əsaslanan xidmət və işlərin tətbiqinə tam hazırdır. Hesab edirik ki, dövlət proqramlarının reallaşması ilə maliyyə texnologiyalarının tətbiqi yaxın 2 il ərzində 2 dəfədən çox artacaq. Bu da ki, təbii olaraq bank sektorunda kəskin rəqabət mühiti formalaşdıracaq", - deyə Z.Nuriyev qeyd edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov deyib ki, "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın qəbul olunmasında məqsəd nağdsız ödəniş mühitinin əhəmiyyətli genişlənməsi, nağd dövriyyənin həcminin minimumlaşdırılması, rəqəmsal ödəniş xidmətlərinin institusional hüquqi bazasının gücləndirilməsi, xidmətlərin çeşidi, keyfiyyəti və tətbiqinin genişləndirilməsidir. Ölkədə sabit makromühitin olması həyata keçirilən kompleks islahatların məntiqi nəticəsidir ki, ötən ilin son rübündən iqtisadiyyatda başlayan pozitiv dinamika bu gün də davam edir. Ölkədə ümumi daxili məhsulun həcmində 0,8 faiz, qeyri-neft ÜDM-də 1 faiz artım olub. İ.Alışov Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların hər birində cari rəqəmsallaşmanın vəziyyətini, inkişaf planlarını təhlil etdiyini, müvafiq islahatların müəyyən edilərək banklarla fərdi qaydada müzakirələr aparıldığını deyib. Qeyd edib ki, ölkədə fəaliyyət göstərən 30 bankdan 24-də internet bankçılıq, 25 bankda mobil bankçılıq həlləri tətbiq olunub. Doqquz ayda ümumilikdə cari hesablar üzərindən aparılan əməliyyatların 25 faizi elektron ödənişlər hesabına həyata keçirilib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, bu gün dövriyyədə olan plastik kartlar bütün informasiyanı özündə toplayıb. Yəni, istehlakçının münasibətini, gözləntilərini plastik kartda tapmaq mümkündür. Plastik kartların verdiyi informasiya böyük bir Big Datadı. Bunun emalı rəqəmsal ödənişlər nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Ən vacib məsələ yeni texnologiyaların tətbiqi ilə yanaşı, real sektorla bank sektorunun münasibətlərinin növbəti mərhələyə keçməsini təmin etməkdən ibarətdir.

Ölkəmizdə aparılan iqtisadi islahatların müsbət nəticələr verdiyini deyən icraçı direktor qeyd edib ki, Dünya Bankı Azərbaycanda biznes mühiti ilə bağlı renkinqi açıqlayıb. Azərbaycan dünyanın 190 ölkəsi arasında 25-ci yerdədir. Bu, Azərbaycanın iqtisadi islahatlarının beynəlxalq ictimaiyyət tərəfindən çox möhtəşəm qiymətləndirməsidir. Çünki bu gün ölkəmizdə biznes mühiti Dünya Bankının hesablamalarına görə, Fransa, Belçika, Niderland, Avstriya kimi ölkələri geridə qoymaqla ilk 25-yə daxil olub.

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov ölkədə nağdsız ödənişlərin genişləndirilməsinin hər zaman diqqət mərkəzində olduğunu və bu məsələnin hazırda da aktuallığını itirmədiyini diqqətə çatdırıb. Bildirib ki, dünyada rəqəmsallaşma və nağdsız iqtisadiyyat quruculuğu istiqamətində çox böyük işlər görülür. Bugünkü forum rəqəmsallaşma və maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqamətində effektiv təcrübə mübadiləsi üçün gözəl platformadır. Burada səslənən fikirlər və təkliflər rəqəmsal bankçılıq və nağdsız iqtisadiyyata transformasiyaya təkan verəcək.

Forumda xarici və yerli spikerlər tərəfindən rəqəmsal bankçılığa və nağdsız iqtisadiyyata transformasiya məsələləri ilə bağlı mövzular ətrafında təqdimatlar edilib, geniş fikir və təcrübə mübadiləsi aparılıb.

Beynəlxalq Bankçılıq Forumunda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilat və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edib.

Forum çərçivəsində ABA tərəfdaş şirkətləri mükafatlandırıb.

Tədbir panel iclaslarla işini davam etdirib. Panel iclaslarda "Gələcək ödəniş texnologiyaları", "İnnovasiyaların bankın əməliyyat proqramına tətbiqi", "Bank hesabının məsafədən açılması", "Nağdsız cəmiyyətə gedən yol", "Blokçeyn əsaslı rəqəmsal identifikasiya sistemi", "Rəqəmsal bankçılıq: rəqəmsal kanalların inkişaf strategiyası" və s. mövzularda təqdimatlar dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib