Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilib

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Milli Məclisdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Üçüncü Ümumi Konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans “Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusuna həsr olunub.

Parlamentin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının Milli Assambleyasına İƏT PA-ya uğurlu sədrliyinə görə minnətdarlığını bildirib. O, Pakistan tərəfinin ötən dövr ərzində Assambleyanın təsisatlandırılması baxımından mühüm işlər gördüyünü deyib, Pakistanın İƏTPA-nın Katibliyi qismində çıxış etməsinə görə təşəkkür edib. Sahibə Qafarova qurumun Üçüncü Ümumi Konfransının keçirilməsində Katibliyin rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, təşkilatın tam potensialını üzə çıxarmaq üçün böyük işlər görülməlidir və Azərbaycan Milli Məclisi dayanıqlı tərəfdaşlıq çərçivəsində işə başlamaq istəyir. Spiker bildirib ki, artıq qurumun 3 komitəsinin iclasları keçirilib. İndi isə gündəlikdəki məsələlərin müzakirəsinə keçirik.

Sonra Sahibə Qafarova qurumun İcraiyyə Şurasının qərarları haqqında məlumat vermək üçün sözü İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Tahir Hüsseynə verib.

İƏTPA-nın Baş katibi Tahir Hüsseyn diqqətə çatdırıb ki, tədbirdə qurumun İkinci Ümumi Konfransının hesabatı təqdim olunub. İcraiyyə Şurası Bakı Bəyannaməsini təsdiq edib. Bəyannamə bütün nümayəndə heyətləri tərəfindən imzalanacaq. İcraiyyə Şurası İƏTPA-nın işçi qrupu tərəfindən verilən təklifi dəstəkləyib. Bu işçi qrupu Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin nümayəndələrindən ibarətdir. Beləliklə, İƏTPA Katibliyinin inzibati və maliyyə qaydaları qəbul olunacaq. Bununla yanaşı, İƏTPA-nın prosedur qaydalarına dəyişiklik təsdiq edilib. Qeyd olunub ki, Azərbaycan Milli Məclisi qurumun üç komitəsinin iclaslarına ev sahibliyi edib.

Sonra İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında çıxış edən Milli Məclisin sədri bildirib ki, Üçüncü Ümumi Konfransda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Pakistan İslam Respublikasının Milli Assambleyasından Azərbaycan Respublikasının Milli Məclisinə keçib. Sahibə Qafarova konfrans iştirakçılarını əmin edib ki, Azərbaycan Respublikasının Milli Məclisi təşkilata sədrliyi dövründə Assambleyanın fəaliyyətinin gücləndirilməsi, parlamentlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəkdir.

Spiker diqqətə çatdırıb ki, Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq Təşkilatını mühüm regional təşkilat hesab edir və üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır.

O qeyd edib ki, xalqlarımızı birgə tarix, mədəniyyət, ənənələr və din birləşdirir. Bu mənada, xalqlarımızın təmsilçiləri kimi, biz, parlament üzvləri xüsusi məsuliyyət daşıyırıq. İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası təşkilatın hədəf və məqsədlərinin reallaşdırılmasını dəstəkləməklə yanaşı, parlamentlərimiz arasında əlaqələrin gücləndirilməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verir.

Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisi Parlament Assambleyası çərçivəsində fəaliyyətinə böyük əhəmiyyət verir. Assambleyanın Nizamnaməsinin ratifikasiya edilməsi bunun bariz nümunəsidir. O, digər üzv parlamentləri də Assambleyanın Nizamnaməsini imzalamağa və ratifikasiya etməyə çağırıb. Qeyd edib ki, bu addım üzv parlamentlərimiz arasındakı əlaqələrin daha da genişlənməsinə xidmət edəcəkdir.

Milli Məclisin sədri qeyd edib ki, Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının mövzusu olduqca aktualdır. COVID-19 pandemiyası qlobal iqtisadiyyata, səhiyyəyə və ictimai həyatın bütün sahələrinə kəskin şəkildə təsir göstərməklə ciddi çətinliklər yaradıb. Təəssüf ki, dünya ictimaiyyəti bu çətinliklərə hazırlıqlı olmayıb və böhrandan çıxış yollarının tapılması üçün müəyyən vaxt tələb olunub. Pandemiyanın yaratdığı problemlərin bir-biri ilə bağlı olması və ilk növbədə, sosial-iqtisadi yükünün ağır olması fonunda, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması üçün qlobal səylərin səfərbər olunması zəruri idi.

Spiker deyib ki, Azərbaycan Respublikası bu istiqamətdə bir sıra uğurlu qlobal təşəbbüslər irəli sürüb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilib, ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilib. Digər tərəfdən, Azərbaycan pandemiyadan ən çox əziyyət çəkən ölkələrə maliyyə və humanitar yardım göstərib, xəstəlik əleyhinə peyvənd ianə edib.

Milli Məclisin sədri bildirib ki, pandemiya tamamilə aradan qalxmasa da, kəskin dövrü geridə qalıb. İndi biz növbəti addımlara hazır olmalı və gələcək mümkün çağırışlarla daha güclü mübarizə aparmaq üçün postpandemiya dövründə bərpa məsələlərinə daha çox diqqət yetirməliyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıq pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsi təşəbbüsünü irəli sürüb.

Sahibə Qafarova diqqətə çatdırıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi regional əməkdaşlıq formatları postpandemiya dövründə bərpa məsələləri üzrə səylərin birləşdirilməsi və həmrəyliyin nümayiş etdirilməsi baxımından yaxşı imkanlar vəd edir. Parlament diplomatiyasının xüsusi əhəmiyyət qazandığı müasir dövrdə parlament üzvləri ölkələrinin çoxtərəfli əməkdaşlıq səylərini dəstəkləməlidirlər. Mövcud dialoqumuz çərçivəsində aparılan fikir və təcrübə mübadilələri, irəli sürülən yeni ideyalar, parlament komitələrimizin mümkün birgə fəaliyyət təşəbbüsləri bu prosesə töhfə verəcək.

Sahibə Qafarova qeyd edib ki, postpandemiya dövründə ölkələrimizin maraqlarına cavab verən iqtisadi və ticari əlaqələrin əvvəlki səviyyələrinin yenidən bərpası zəruridir. Bu çərçivədə, regionumuzun iqtisadi potensialının tam şəkildə reallaşdırılması baxımından nəqliyyat-kommunikasiya xətlərinin və tranzit yollarının diversifikasiyası mühüm aktuallıq kəsb edir. Azərbaycan bu istiqamətdə öz imkanlarını təqdim edir. Ölkəmizdə ən müasir nəqliyyat infrastrukturu yaradılıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycan bu gün Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən biridir.

Milli Məclisin sədri bildirib ki, regionumuzda uzunmüddətli sülh və sabitliyin təmin olunması postpandemiya dövründə bərpa məsələləri üçün zəruri şərtlərdən biridir.

Spiker hazırda bu istiqamətdə gedən proseslər haqda məlumat verərək diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyub. 44 günlük Vətən müharibəsinin yekununda ölkəmiz tarixi Zəfər əldə edərək öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasını özü təmin edib.

Milli Məclisin sədri qeyd edib ki, işğal dövründə Ermənistan bütün kənd və şəhərlərimizi tamamilə dağıdıb, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub. Məscidlərimiz, müqəddəs ocaqlarımız təhqir olunub.

Torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Azərbaycan öz vəsaiti hesabına həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinə start verib.

Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur. “Yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Artıq bu ildən etibarən keçmiş məcburi köçkünlərin öz evlərinə geri qaytarılmasına başlanacaq.

Spiker onu da qeyd edib ki, həyata keçirilən işlərə ən böyük maneə Ermənistan tərəfindən işğaldan azad edilmiş torpaqlarda basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyabrın 10-dan mina partlayışları nəticəsində 210-dan çox mülki şəxs və hərbçi həlak olub və yaralanıb. Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən biri olsa da, təəssüf ki, hələ də bu istiqamətdə ən az beynəlxalq yardım alan ölkələrdən biri olaraq qalır.

Sahibə Qafarova qeyd edib ki, 44 günlük Vətən müharibəsindən artıq bir il yarım vaxt keçir. Azərbaycan Ermənistana bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşdırılmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə təklif verib. Biz müharibə yox, sülh və gələcək haqqında danışmaq istəyirik.

Spiker onu da vurğulayıb ki, Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir. Son olaraq aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə daha bir üçtərəfli görüş keçirilib. Həmin ərəfədə və xüsusən bu görüşdən sonra Ermənistan Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü 5 prinsipi qəbul etdiyini bəyan edib. Ancaq Ermənistanın bu istiqamətdə hansısa real addımlar atdığı hələlik müşahidə olunmur. Halbuki sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibi artıq müəyyən edilib. Azərbaycan sülh danışıqlarına başlamağa hazırdır.

Milli Məclisin sədri qeyd edib ki, Ermənistan anlamalıdır ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, konstruktiv yanaşma nümayiş etdirməli və qeyd olunan prinsiplər əsasında münasibətlərin normallaşmasına getməlidir. Bu, regionda real sülhə və sabitliyə nail olmağın yeganə yoludur.

Çıxışının sonunda Sahibə Qafarova bildirib ki, postmünaqişə dövründə Cənubi Qafqazda yeni reallıqlar və yeni əməkdaşlıq imkanları yaranıb. Əldə olunmuş razılaşmalara uyğun olaraq açılacaq yeni nəqliyyat infrastrukturu olan Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəkdir. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan bütün ölkələr də bu yeni dəhlizdən faydalanacaqlar.

Sonra İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf öz çıxışında quruma üzv ölkələrin xalqlarının ümumi dəyərləri bölüşdüyünü söyləyib. Regionda sülhün və rifahın bərqərar olmasının iqtisadi tərəqqinin və əməkdaşlığın inkişafı baxımından əhəmiyyətindən söhbət açıb. Mövcud problemlərin həlli istiqamətində birgə səylərin önəmli olduğunu deyib.

Sonra çıxış edən Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda bu görüşün parlament əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini deyib. COVID-19 pandemiyasının bütün dünyada yaratdığı fəsadlardan danışıb. Pandemiyanın nəticələrinin aradan qaldırılması üçün ölkəsində görülən işlərdən bəhs edib. Bu istiqamətdə qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib. Qonaq region ölkələrinin iqtisadi inkişafı istiqamətində İƏT çərçivəsində əməkdaşlığın əhəmiyyətli olduğunu bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop öz nitqində İƏTPA-nın Bakıda keçirilən Üçüncü Ümumi Konfransında iştirakından məmnunluğunu ifadə edib. Konfransı yüksək səviyyədə təşkil və ev sahibliyi edən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib. O, bu Konfransın ölkələrin və regionun inkişafı, xalqların rifahı baxımından əhəmiyyətli olduğunu deyib. Bildirib ki, iqtisadi və sosial inkişafın davamlı olmasına nail olmaq üçün qarşılıqlı inteqrasiya və əməkdaşlığın inkişafı çox vacibdir və Türkiyə bu istiqamətdə öz dəstəyini hər zaman göstərməyə hazırdır. O, ölkəsinin parlamentlərarası əlaqələrin gücləndirilməsinə böyük diqqət yetirdiyini qeyd edib, parlament diplomatiyasının regional inteqrasiya və inkişafa töhfə verəcəyinə inamını ifadə edib.

Mustafa Şentop koronavirus pandemiyasının bütün dünyada sosial, iqtisadi, humanitar sahələrdə çox dərin problemlər yaratdığını bildirib. Qeyd edib ki, bu problemlərin həlli üçün birgə hərəkət etmək lazımdır. Beynəlxalq həmrəylik prioritet məsələyə çevrilib və bu proses, eyni zamanda, parlament diplomatiyasının böyük əhəmiyyət kəsb etdiyini bir daha nümayiş etdirib. Pandemiyaya qarşı mübarizə ilə bağlı, o cümlədən sosial məsələlərin nəzərə alınması, maliyyə resurslarından səmərəli istifadə edilməsi sahəsində qəbul olunmuş qərarların qanunvericilik baxımından dəstəklənməsi çox önəmlidir.

Türkiyə parlamentinin sədri çıxışında Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsi məsələsinə də toxunub. O, münaqişənin həlli ilə bağlı yaradılmış Minsk qrupunun fəaliyyətinin bir nəticə vermədiyini qeyd edib, Türkiyənin Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini vurğulayıb. Mustafa Şentop Azərbaycan Prezidenti İlham Əliyevə 44 günlük Vətən müharibəsindəki Zəfər münasibətilə bir daha öz təbriklərini çatdırıb və bildirib ki, “Qarabağ Azərbaycandır!”.

Konfransda çıxış edən Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov, İran İslam Respublikası İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad, Qazaxıstan Respublikası Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva, Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primov postpandemiya dövründə regional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində İƏTPA-ya üzv ölkələrin qarşısında duran məqsədlərdən danışıblar. Konfransın regionda sosial-iqtisadi tərəqqiyə təkan vermək baxımından vacibliyini qeyd ediblər. Parlament rəhbərləri ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat, turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu söyləyib, mövcud problemlərin həlli ilə bağlı parlamentlərin üzərinə düşən vəzifələrdən bəhs ediblər. Onlar parlament nümayəndə heyətlərinin ikitərəfli və çoxtərəfli əlaqələrinin möhkəmləndirilməsi sahəsində belə tədbirlərin əhəmiyyətli olduğunu bildiriblər.

Konfransda çıxış edən bütün nümayəndə heyətlərinin rəhbərləri İƏT PA-nın Bakıda keçirilən tədbirinin yüksək səviyyədə təşkil olunduğunu və region ölkələrinin bütün sahələrdə, o cümlədən parlamentlər səviyyəsində qarşılıqlı faydalı əməkdaşlığının daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.

Konfransda iştirak edən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri Azərbaycan hökumətinə, Milli Məclisin sədri Sahibə Qafarovaya tədbirdə iştirak edən nümayəndə heyətləri üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirib. O, dünyada baş verən proseslərdə parlamentlərin artan rolundan danışıb, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının yaradılmasını yüksək qiymətləndirib. Xusrav Noziri bütün üzv dövlətlərin bu forumun gücləndirilməsi istiqamətində göstərdiyi səyləri xüsusi qeyd edib. O, təşkilatın gələcək fəaliyyət istiqamətləri barədə də fikirlərini açıqlayıb.

İclasda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Baş katibi Tahir Hüsseyn növbəti məsələnin Bakı Bəyannaməsinin imzalanması olduğunu diqqətə çatdırıb. Sonra nümayəndə heyətlərinin rəhbərləri Bakı Bəyannaməsini imzalayıblar.

Bəyannamənin imzalanma mərasimindən sonra Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının sona çatdığını qeyd edib. Spiker bildirib ki, hazırda Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrliyi öz üzərinə götürüb: “Biz əlimizdən gələni edəcəyik ki, bu təşkilatı gücləndirək və üzərimizə düşən bütün vəzifələri yerinə yetirək. Əminəm ki, bugünkü çıxışlarda söylənilən fikirlər bizim işimizi zənginləşdirəcək və imkan verəcək ki, bizim əməkdaşlığımız yeni səviyyəyə yüksəlsin. Milli Məclis üzv ölkələrin parlamentləri ilə əməkdaşlığı genişləndirməyə hazırdır”.

Tədbirin yekununda Sahibə Qafarova tədbirdə iştirak edən bütün nümayəndə heyətlərinin üzvlərinə təşəkkürünü bildirib.

Sonra nümayəndə heyətlərinin üzvləri xatirə şəkli çəkdiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir