MƏDƏNİYYƏT
Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti sərgi açılacaq
Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 25-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzində “İslam sivilizasiya və mədəniyyətinin vəhdəti” adlı sərgi açılacaq. Sərgi Azərbaycan Rəssamlar İttifaqı, İranın ölkəmizdəki səfirliyinin mədəniyyət mərkəzi, Fələstinin ölkəmizdəki səfirliyi və Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə reallaşacaq.
Bu barədə AZƏRTAC-a sərginin layihə rəhbəri Elnurə İsgəndərova məlumat verib. “Təşkilatçısı rəssam Aygün İsgəndərova olan sərgidə 150 fırça ustasının 200-dək sənət əsəri nümayiş olunacaq. “İslam Həmrəyliyi İli” çərçivəsində reallaşacaq sərgi bir gün davam edəcək. Sonda fırça ustaları diplom və sertifikatlarla təltif olunacaqlar”, - deyə E. İsgəndərova söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]