İQTİSADİYYAT


Bakıda VI illik Xəzər Texniki konfransı öz işini başa çatdırır

Bakı, 18 oktyabr, Ruslan Manafov, AZƏRTAC

Oktyabrın 18-da Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə “Rəqəmsal transformasiya: Gələcək üçün imkanlar” mövzusunda keçirilən VI illik Xəzər Texniki konfransı - SPE (Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyəti) öz işini başa çatdırır.

AZƏRTAC xəbər verir ki, konfransın son günündə “Yeni nəslin istedadı və insan amili” mövzusunda üçüncü sessiya keçirilir. Sessiyaya Xalik Məmmədov (SOCAR) və Emmanuil Okuqbaye (BP) sədrlik edirlər. Şouna Nunanın (SPE 2020-nin prezidenti, “Occidental Pertoleum”) moderatorluq etdiyi panel iclasında Fabris Buşar (“Schlumberger”), Mehriban Eyyubova (BP), Emiliya Məmmədova (“Baker Hughes a GE Company”), Şarlot Payen (Fransa-Azərbaycan Universiteti) çıxış ediblər.

Qeyd edək ki, konfransın ilk iki günündə “Keçmiş, bu gün və gələcək” və “Davamlı inkişaf, artım və mənfəət” mövzularında sessiyalar keçirilib.

Konfrans çərçivəsində geniş peşəkar diskussiyalar 12 texniki sessiya üzrə (hər gün 4 texniki sessiya olmaqla) keçirilib və onların iştirakçıları tanınmış spikerlərin, o cümlədən “Total”, SOCAR, BP, “Occidental Pertoleum”, TCO, Azərbaycan Respublikasının Energetika Nazirliyi, “Schlumberger”, “Halliburton”, “Equnior”, “SOCAR AQŞ”, “Baker Hughes”, “a GE Company” və digər şirkətlərin mütəxəssislərinin çıxışlarını dinləyiblər.

Konfransın gedişində neft-qaz sektorunda peşəkarların təcrübəsi və qabaqcıl praktikası əsasında Xəzər regionunda və bütün dünyada bu sahədə baş verən dəyişikliklər nəzərdən keçirilib.

Bu tədbir peşə ixtisasının artırılması üzrə ideal platforma olmaqla yanaşı, işgüzar əlaqələrin və tanışlıqların yaradılması üçün unikal imkan və iştirakçılar arasında bilik və təcrübə mübadiləsi baxımından əlverişli məkandır.

Tədbirin platin sponsoru BP şirkəti, gümüş – “SOCAR AQŞ”, bürünc – “Total” və “Worley” şirkətləridir.

Qeyd edək ki, AZƏRTAC konfransın rəsmi media tərəfdaşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.