Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda “Visa Cashless Forum” keçirilib YENİLƏNİB

Bakı, 12 fevral, AZƏRTAC

Fevralın 12-də Bakıda “Visa” beynəlxalq kart təşkilatının, Azərbaycan Banklar Assosiasiyasının (ABA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə “Visa Cashless Forum” keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkədə və Qafqazda ilk dəfə keçirilən forumun mövzusu “Gələcəyə hərəkət” olub.

“Visa” şirkətinin Qafqaz üzrə regional meneceri Kristina Doroş bildirib: “Forum tərəfdaşlarımızla birgə fəaliyyət göstərəcəyimiz, bilik və təcrübə mübadiləsi aparacağımız, yeni texnologiyaları və istehlak meyillərini müzakirə edəcəyimiz, sahənin və ölkə iqtisadiyyatının xeyri naminə nağdsız ödənişlərin və innovasiyaların daha da inkişafı üçün birgə fəaliyyətimizin mühüm istiqamətlərini təyin edəcəyimiz birləşdirici platforma olacaq”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı son bir ildə Azərbaycanda elektron ticarətin rekord həddə - iki dəfə artdığını deyib. Qeyd edib ki, qlobal ödənişlər üzrə gəlirlərin artımı 2017-ci ildə 11 faiz, 2018-ci ildə 6 faiz olmaqla dünyadakı iqtisadi artım tempini əhəmiyyətli şəkildə üstələyir. “Worldpay”in hesabatına əsasən, 2022-ci ilədək dünyada “e-commerc”in həcmi 140 onlayn ödəmə sistemindən istifadə etməklə 4,6 trilyon dolları keçəcək. Hazırda dünyada kredit və debet kartları, əvvəlcədən ödəmə kartları, elektron cüzdanlar, onlayn bank ödəmələri, birbaşa debet, sonradan ödəmə, nağd pul, birbaşa daşıyıcı göndərmə və kriptovalyutalardan ödəmə vasitəsi kimi istifadə edilir. Dünyada rəqəmsal ödənişlərin hər 1 faiz artımı istehlak səviyyəsini 104 milyard dollar artıra bilər.

Qeyd edib ki, ölkəmizdə ödəniş və pul köçürmə sistemləri üzrə əməliyyatların sayı 2019-cu ildə 40 faiz artıb. Ötən il ödəniş kartlarının sayı 11,2 faiz artmaqla 7,3 milyon ədədə çatıb. Həmçinin keçən il debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı 38 faiz, məbləği isə 31 faiz artıb.

2019-cu ildə ölkədaxili əməliyyatlardan elektron ticarət üzrə nağdsız ödəniş əməliyyatlarının sayının 67 faiz, məbləğinin isə 97 faiz artdığını deyən V.Qasımlı qeyd edib ki, UNESCAP-ın hesablamalarına əsasən, Azərbaycan kağızsız ticarət və ticarətin asanlaşdırılması kriteriyalarına görə Cənubi Avropadan başlamış Çinə qədər geniş bir coğrafiyada lider ölkədir.

“Azərbaycanda son bir ildə ATM-lər vasitəsilə nağdsız ödənişlər cüzi azalsa da, POS- terminallar üzrə nağdsız ödənişlər 20 faizədək artıb. Lakin ATM və POS-terminalların sayı aşağı sürətlə artır, xüsusən regionlarda azalma müşahidə edilir. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə rəqəmsal vergi inzibatçılığının inkişaf etdirilməsi üçün elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulub. Pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaq ki, bu da nağdsız ödənişlərin stimullaşdırılması deməkdir. Elektron ixracın lideri “Azexport.az” portalının ixrac sifarişlərinin dəyəri son üç ildə 1,5 milyard dolları keçib. Azərbaycanda ani ödəniş sistemi, smart tələbə kartları, dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi, ictimai nəqliyyatda nağdsız əməliyyatlar və başqa istiqamətlərdə rəqəmsal ödənişlərin inkişafı üçün fəaliyyətlər göstərilir”, - deyə o bildirib.

Mərkəzi Bankın baş direktoru Fərid Osmanov Azərbaycanda 7/24/365 rejimli “Ani ödənişlər sistemi” cari ildə istifadəyə veriləcəyini deyib: “Sistem 5-10 saniyə ərzində 24/7 vaxt çərçivəsində ödənişlərin emalını və subyektivlərə çatdırılmasını təmin edəcək”.

Ötən il tələbələr üçün xüsusi bank kartı dövriyyəyə buraxıldığını və 20 min tələbənin kartla təmin olunduğunu vurğulayan F.Osmanov bildirib ki, ilin sonunadək bank kartlarının əhatə etdiyi tələbələrin sayı 240 mini keçəcək.

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib: “Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə yeni proqram qəbul edilə bilər. “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” bu il yekunlaşır. Düşünürəm ki, bu proqramın davam etdirilməsinə ehtiyac var. Dövlət Proqramı daha 3-5 il ərzində həyata keçirilməlidir. Bu sənəd dövlət strukturlarının sözügedən sahə ilə əlaqədar fəaliyyətinin tənzimlənməsini təmin edən mükəmməl sənəddir”.

Forum işini panel iclaslarla davam etdirib. Tədbirdə müasir ödənişlər sistemini yaradan amillər, onların sahibkarlığa və istehlakçılara təsiri, o cümlədən innovasiyalı ödəniş variantları, rəqəmli çevrilmə, smart ölkə, hissiyyatlı bankçılıqla müasir müştərilər, bank sektorunun gələcəyi: ənənəvi və yeni banklar, rəqəmli bankçılığın müxtəlif inkişaf yolları, nağdsız ödənişləri təşviq edən tənzimləmə məsələləri müzakirə olunub.

“Visa”nın MDB və Cənub-Şərqi Avropa regionunda başlıca tədbiri olan “Visa Cashless Forum” rəqəmli ödənişlər ekspertlərinin, bank, maliyyə, ticarət, xidmətlər kimi sahələrin nümayəndələrinin iştirakı ilə nağdsız ödənişlərin və ödənişlər sahəsindəki innovasiyaların daha geniş tətbiqi ilə bağlı məsələlərin müzakirə olunduğu platformadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidissiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır