İDMAN


Bakıda "Caspian Power" İdman Festivalına start verilib

Bakı, 24 may, AZƏRTAC

Heydər Əliyev adına İdman Sarayında "Caspian Power" İdman Festivalına start verilib. Festivalda stronqmen, bodibildinq, mas-restlinq, cui-citsu və sumo üzrə yarışlar keçirilir.

AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan festival çərçivəsində keçirilən stronqmen yarışları Avrasiya çempionatından ibarətdir. Yarışda 4 ölkədən 7 tanınmış idmançı iştirak edir. Stronqmen yarışlarında ölkəmizi iki idmançı – Vüsal Mərdanov və Namiq Mehdiyev təmsil edirlər. Hər iki atletimiz 110 kiloqram çəki dərəcəsində yarışırlar.

Ümumilikdə festivalda 100-dək idmançı birincilik uğrunda mübarizə aparır.

Festivalın keçirilməsində məqsəd bütün idman növləri üzrə yarışların bir idman turniri çərçivəsində keçirməklə idmanın kütləviliyini artırmaqdır. Festivala idman ləvazimatları və qidalarının istehsalı və satışı ilə məşğul olan şirkətlər də dəvət olunub. Belə ki, festival çərçivəsində onlar xüsusi stendlərdə öz məhsullarını nümayiş etdirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.