CƏMİYYƏT


Bakıda insan alverinə qarşı mübarizə gününə həsr olunan tədbir keçiriləcək

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Avropa İttifaqının (Aİ) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəlikləri insan alverinə qarşı mübarizə gününə həsr olunan tədbir keçirəcəklər. Tədbir BMqT tərəfindən icra olunan “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə imkanların artırılması” layihəsi çərçivəsində keçirilir.

BMqT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində əsas məqsəd insan alveri və onun mənfi nəticələrinin geniş ictimaiyyətin diqqətinə çatdırılması, Avropa İttifaqının insan alverinin aradan qaldırılmasına yönəlmiş strategiyası, həmçinin həssas vəziyyətdə olan şəxslərin və miqrantların fundamental hüquqları haqqında məlumatlılığının artırılmasıdır.

Panel müzakirələrlə keçiriləcək tədbirdə iştirak edəcək beynəlxalq və yerli ekspertlər çoxistiqamətli yanaşma tətbiq etməklə insan alverinə qarşı mübarizə istiqamətində mövcud təcrübələrini bölüşəcəklər.

Tədbirdə dövlət qurumlarının, ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələrinin, BMT-nin inkişaf agentliklərinin və digər beynəlxalq təşkilatların Bakıdakı təmsilçilərinin iştirakı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.