İDMAN


Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində 3 ölkə iştirakını təsdiqləyib

Bakı, 14 sentyabr, AZƏRTAC

Noyabrın 5-7-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.

AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə artıq 3 ölkə - Sloveniya, Çexiya və Bolqarıstan iştirakını təsdiqləyib. Belə ki, Sloveniya 13, Çexiya 6, Bolqarıstan 1 cüdoçu ilə təmsil olunacaq.

Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.

Cüdo üzrə “Böyük dəbilqə” turniri Bakıda 2013-cü ildən keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.