Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatına çox böyük maraq var

BMX üzrə dünya çempionatının İşçi Qrupunun rəhbəri, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərovun AZƏRTAC-a məxsusi müsahibəsi

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan iyunun 5-9-da növbəti mötəbər beynəlxalq idman yarışına ev sahibliyi edəcək. Dünyanın ən nüfuzlu turnirlərindən olan velosiped idmanının BMX növü üzrə dünya çempionatı Bakıda keçiriləcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü, velosiped idmanının BMX növü üzrə 2018-ci il dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun rəhbəri Sahib Ələkbərov yarışlarla bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

- Sahib müəllim, Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan tanınmış idman ölkəsidir. Azərbaycanın idman ölkəsinə çevrilməsində burada keçirilən mötəbər idman tədbirlərinin də rolu böyükdür. İyunun əvvəllərində keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatı, bu idman növü və onun Azərbaycan üçün əhəmiyyəti barədə məlumat verməyinizi xahiş edirik.

- Azərbaycanda digər idman növləri kimi, velosiped idmanının inkişafı da son illər nəzərəçarpacaq dərəcədə sürətlənib, ölkəmizdə beynəlxalq təqvimlərə daxil edilmiş velosiped yarışları keçirilməyə başlanılıb. 2012-ci ildə Azərbaycan ilk dəfə 23 yaşınadək gənclər arasında velosiped idmanının şose növü üzrə beynəlxalq yarışa ev sahibliyi edib. 2013-cü ildən başlayaraq isə ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Tour d’Azerbaidjan” beynəlxalq velosiped yarışı keçirilir.

BMX nisbətən yeni idman növüdür, 70-ci illərdən etibarən ABŞ-da inkişaf etməyə başlayıb, sonra digər qitələrə də yayılıb. Hazırda ən baxımlı, ən çox tamaşaçı cəlb edən yarışlardan biridir.

İndiyə kimi ölkəmiz Olimpiya idman növü olan güləş, boks və bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib. Velosiped idmanının olimpiya növü olan BMX üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək sayca dördüncü dünya çempionatıdır. Bu çempionat böyük bir idman hadisəsi olmaqla yanaşı, Azərbaycanda turizmin inkişafı, ölkəmizin beynəlxalq aləmdə tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edən tədbirdir. 60-a yaxın ölkənin idmançıları bu çempionatda iştirak etmək uğrunda mübarizə aparıblar.

BMX üzrə dünya çempionatının özəl xüsusiyyətlərindən biri də odur ki, bu yarışda uşaqlar və yeniyetmələr də iştirak edirlər. Bu günədək “Challange” qrupunda yarışacaq 1304 nəfər və “Elit” qrupunda yarışacaq 216 nəfər, ümumilikdə 1520 idmançı artıq qeydiyyatdan keçib. Onlardan 714 nəfəri 15 yaşa qədər idmançılardır. Təbii ki, yarışda iştirak edəcək yeniyetmə idmançılar Bakıya tək gəlməyəcək, valideynləri və ya qohumları tərəfindən müşayiət olunacaqlar. Bundan əlavə, dünya çempionatını izləmək üçün paytaxtımıza minlərlə turist gələcək. Onların Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi ilə tanış olmaları üçün lazımi işlər görülüb. Əminik ki, həmişə olduğu kimi, bu dəfə də qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlar.

Çempionatın keçiriləcəyi BMX stadionu 2014-cü ildə tikilib və burada ilk Avropa Oyunlarının BMX üzrə velosiped yarışları təşkil olunub. Lakin 2016-cı ildə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) BMX stadionlarının standartlarını dəyişdi. Trekin uzunluğu, eni, döngələrin hündürlüyü artırıldı, maneələrin konfiqurasiyası dəyişdirildi. Bununla əlaqədar olaraq biz treki söküb yenidən tikməli olduq. Bu gün bizim stadionumuz çox gözəl, beynəlxalq standartlara tam cavab verən idman qurğusudur. Ötən ilin oktyabrında burada beynəlxalq test yarışları keçirildi. 2018-ci ilin əvvəlindən indiyədək Yaponiyadan, Avstraliyadan, Hollandiyadan, Fransadan, Almaniyadan və Rusiyadan komandalar Bakıya gələrək burada təlim-məşq toplanışları keçiriblər. Onların hamısı stadionumuzu, burada yaradılmış şəraiti çox yüksək qiymətləndirib.

- Yeri gəlmişkən, BMX stadionu nə üçün məhz bu ərazidə inşa olunub?

- Bunun öz tarixçəsi var. Stadionun inşa olunduğu Velopark Bakının üç əsas girişindən biri olan cənub-qərb girişində yerləşir. İndi çoxları bunu bilmir, əvvəllər bu ərazilərdə daş karxanaları olub. Stadionun yeri isə ən aşağı hissədə olduğundan ətraf dağlardan gələn yağış və qrunt suları burada toplanır və yay ayları istisna olmaqla bu ərazi həmişə bataqlıq olurdu. Külək əsəndə isə toz-duman qalxır və xoşagəlməz bir mənzərə yaranırdı.

Azərbaycanın hər bir guşəsinin, xüsusilə də paytaxt Bakının abadlaşdırılması üçün misilsiz işlər görmüş ümummilli lider Heydər Əliyev ötən əsrin 70-ci illərinin əvvəllərində bu ərazidə park salınması barədə qərar verdi. Qanlı göldən bura su çəkildi, Badamdar tərəfdəki yüksəklikdə böyük su çənləri qoyuldu, oradan da su öz axarı ilə borular vasitəsilə aşağı hissəyə yönləndirilərək suvarma üçün istifadə edildi. Onu da vurğulamaq istərdim ki, bu işlər dövlət vəsaiti ayrılmadan iməcilik yolu ilə həyata keçirilirdi və Heydər Əliyevin özü də bu iməciliklərdə şəxsən iştirak edərək nümunə göstərirdi. Biz arxivlərdən ölkənin birinci şəxsinin iştirak etdiyi bu iməciliklərin unikal video materiallarını əldə etmişik və Azərbaycan Velosiped İdmanı Federasiyasının rəsmi internet səhifəsində (www.azvif.az) yerləşdirmişik. 50 il əvvəl Heydər Əliyevin öz əlləri ilə əkdiyi şam və zeytun ağacları bu gün də ərazidə qalmaqdadır. Həmin ağacların yanındakı, üstündə kiril əlifbası ilə onun kim tərəfindən əkildiyini göstərən lövhələri biz bu gün də qoruyub saxlayırıq.

Lakin çox təəssüflər olsun ki, ötən əsrin 90-cı illərində bu park baxımsız qaldı, ağaclar suvarılmadığından onların çoxu qurudu. Ərazi ayrı-ayrı şəxslər tərəfindən qanunsuz zəbt olunaraq hasarlandı, burada evlər tikilməyə başlandı.

2005-ci il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əraziyə gələrək buradakı qanunsuz tikililərin ləğv olunması barədə göstəriş verdi və yalnız bundan sonra həmin ərazidəki qanunsuzluqların qarşısı alındı.

2013-cü ildə biz bu ərazinin baza kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim olunması xahişi ilə ölkə başçısına müraciət etdik və o bizi dəstəklədi. Ötən 5 il ərzində federasiyanın təşkilatçılığı ilə burada gözəl bir Velopark yaradılıb. Velosiped yolları salınıb, parkda 100 mindən çox ağac və gül kolu əkilib, əraziyə su çəkilib, damcı üsulu ilə suvarma və drenaj sistemləri qurulub. Fürsətdən istifadə edərək, mən bizə bu imkanı yaratmış dövlətimizin başçısına və bu işdə bizə yardımçı olanların hamısına öz minnətdarlığımı bildirirəm.

- Azərbaycanın təbliği və tanıdılması baxımından bu dünya çempionatı nə kimi rol oynayacaq? Çempionatın gedişi hansı xarici KİV-lərdə, televiziyalarda işıqlandırılacaq?

- Ölkənin tanıdılması və təbliği baxımından velosiped idmanı Formula-1 yarışlarından sonra ikinci yerdədir. Qeyd etmək kifayətdir ki, ötən il “Tour d’Azerbaidjan” yarışını dünyanın 56 ölkəsində 72 telekanal vasitəsilə 32 milyon insan izləmişdi. Saytları və sosial şəbəkələri də nəzərə alsaq, izləyicilərin sayı daha çoxdur. Bakıda keçiriləcək BMX üzrə dünya çempionatı bir çox ölkələrdə, o cümlədən Azərbaycanda müxtəlif telekanallar vasitəsilə canlı olaraq yayımlanacaq. Tədbiri işıqlandırmaq üçün çoxlu sayda xarici jurnalist Bakıya gələcək və artıq onların akkreditasiyası bitmək üzrədir. Çəkilişləri isə yerli şirkət olan Bakı Media Mərkəzi həyata keçirəcək.

Ölkənin tanıdılması üçün yarış günlərində Velopark ərazisində konsertlər və ekskursiyalar, digər mədəni-kütləvi tədbirlər keçiriləcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının, eyni zamanda bu çempionatın simvolu olan Qız Qalasının müxtəlif ölkələrin rəssamları tərəfindən işlənilmiş maketlərinin və ceyran fiqurlarının sərgisi təşkil ediləcək. Qonaqlar Azərbaycan mətbəxinin təamlarını dada biləcək, milli adət-ənənələrimizlə də tanış olacaqlar.

Paytaxtımızdakı teatrlar, konsert salonları repertuarlarını bu tədbirə uyğunlaşdıracaqlar. Müxtəlif ekskursiyalar təşkil olunacaq, idmançılara, turistlərə, qonaqlara Azərbaycanın mədəniyyəti, tarixi haqqında öz biliklərini genişləndirmək üçün şərait yaradılacaq.

- Bakıda keçiriləcək dünya çempionatı üçün talisman Qafqaz bəbiri seçilib. Bu nə ilə bağlıdır?

- Azərbaycanda nəsli kəsilməkdə olan beş heyvan növü müəyyən olunub. Onlardan biri də Qafqaz bəbiridir. Bununla bağlı bir neçə ildir ki, ölkəmizdə ciddi işlər aparılır. 2014-cü ildə Bakıda Qafqaz bəbirinə həsr olunmuş beynəlxalq Sammit də keçirilib. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva bu istiqamətdə çox faydalı işlər görür.

Qafqaz bəbirinin talisman seçilməsi təsadüfü deyil. Onun bu idman növü ilə oxşarlığı var. Qafqaz bəbiri sürət, cəldlik rəmzidir. BMX idman növündə də qələbəni məhz sürət və cəldlik təmin edir.

- Dünya çempionatlarına ev sahibliyi etmək istəyən ölkələr çoxdur, böyük rəqabət var. Ev sahibliyi etməyə 3-4 il əvvəlcədən namizədlik irəli sürülür və seçim aparılır. Necə oldu ki, builki çempionatı keçirmək hüququ Azərbaycana verildi?

- Azərbaycana dünya çempionatının keçirilməsinin həvalə olunması əsasən ölkəmizdə yaradılmış idman infrastrukturu və beynəlxalq idman tədbirlərinin təşkilində ölkəmizin böyük təcrübəsi ilə bağlıdır. 2015-ci ildə birinci Avropa Oyunlarında iştirak edən beynəlxalq və Avropa Velosipedçilər İttifaqlarının rəhbərləri burada yaradılmış bazanı, dövlətin və şəxsən Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını gördülər və 2018-ci ildə BMX üzrə dünya çempionatının Bakıda keçirilməsi barədə təşəbbüslə çıxış etdilər. Dövlətimizin başçısı bu təşəbbüsü dəstəklədi, bundan sonra hazırlıq işlərinə başlanıldı.

2017-ci il noyabrın 15-də Prezident İlham Əliyev yarışın keçirilməsi ilə bağlı Sərəncam imzaladı və Təşkilat Komitəsi yaradıldı. Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi və aparıcı nazirliklərin, eləcə də aidiyyəti dövlət qurumlarının və idman təşkilatlarının nümayəndələrinin daxil edildiyi bu Komitənin köməyi və dəstəyi ilə artıq çempionata hazırlıq işləri yekunlaşmaq üzrədir.

- Çempionatın başlanmasına bir həftə vaxt qalıb. Bakı BMX üzrə dünya çempionatına hazırdırmı?

- Bəli, stadionumuz bu yarışların keçirilməsi üçün tam hazır vəziyyətdədir. Təşkilati işlər də artıq başa çatmaq üzrədir. Keçən il ABŞ-da keçirilmiş əvvəlki dünya çempionatında estafeti qəbul etdikdən sonra idmançıların yarışa gəlmələrini stimullaşdırmaq məqsədilə müxtəlif istiqamətlərdə genişmiqyaslı təbliğat-təşviqat kampaniyası aparılıb. Çempionatın rəsmi internet səhifəsi, sosial şəbəkələr vasitəsilə aparılan işləri xüsusi qeyd etmək lazımdır. Bu gün tam əminliklə demək olar ki, Bakıdakı dünya çempionatına maraq olduqca böyükdür. Bir misal çəkim: iki ay əvvəl mən stadionda Sankt-Peterburq dövlət nömrə nişanlı bir avtobus və məşq edən xeyli sayda uşaq gördüm. Söhbət əsnasında məlum oldu ki, onlar “Challenge” yaş qrupunda yarışacaq yeniyetmələrdir. Valideynlər öz hesablarına avtobus kirayələyərək uşaqlarını Bakıya gətiriblər və burada təlim-məşq toplanışı təşkil ediblər.

Yarışları canlı olaraq izləmək istəyənlər biletləri www.iticket.az saytı vasitəsilə elektron qaydada, yaxud Veloparka gələrək bilavasitə stadionun girişində fəaliyyət göstərəcək kassadan ala bilərlər.

Veloparkda təşkil olunan istirahət və əyləncə zonasına giriş isə pulsuz olacaq. Veloparka ictimai nəqliyyatla gəlmək istəyənlər 125 və 205 nömrəli marşrut avtobuslarının, habelə Azneft Meydanı - Velopark marşrutu ilə işləyəcək, xüsusi olaraq ayrılacaq avtobusların xidmətlərindən istifadə edə biləcəklər.

Veloparka gələn hər kəs 5 gün ərzində, iyun ayının 5-dən 9-dək həm idman yarışlarını izləyə biləcək, həm də bu gözəl parkda onlar üçün yaradılmış şəraitdən yararlanaraq dincələ biləcəklər.

“Challange” yarışları iyunun 5-7-də səhər saat 09:30-dan axşam saatlarına qədər keçiriləcək. “Elit” qrupunda yarışlar isə iyunun 8-9-da axşam saat 20:30-dan 23:00-dək davam edəcək.

Biz bütün bakılıları və şəhərimizin qonaqlarını bu gözəl məkanda keçiriləcək möhtəşəm idman bayramına dəvət edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq