MƏDƏNİYYƏT


Bakıda məşhur rusiyalı balet sənətkarları haqqında kitab və sənədli filmin təqdimatı olub

Bakı, 13 aprel, AZƏRTAC

Nizami Kino Mərkəzində tanınmış rusiyalı baletmeyster, görkəmli pedaqoq, professor Azari Plisetskiyə həsr olunmuş sənədli filmin və “Baletdə həyat” adlı kitabın təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, Xalq rəssamı Tahir Salahov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Azari Plisetski ölkəmizə səfər etməsindən məmnun olduğunu bildirib. Qeyd edib ki, uzun müddətdən sonra Azərbaycanda olmaq ona xoş hiss və duyğular yaşadıb: “Bu müddətdə Bakı tamamilə dəyişib, gözəlləşib. Tahir Salahovun dəvətinə əsasən, Bakıda səfərdəyəm. Səfər çərçivəsində şəhəri gəzməyə vaxtım da oldu. Muzeylərə getdim, Bakı ilə tanış oldum. Bu, mənə olduqca xoş təsir bağışladı”.

Sonra qonaq film və kitab haqqında məlumat verib. Vurğulayıb ki, balet sənətində xüsusi yeri olan məşhur nəsillər – Plisetski və Messererlər haqqında ailə xronikası kitabının yazılmasına uzun müddət vaxt sərf edib. Filmdə də balet sənətinin bu nəsillərdən olan tanınmış simalarından bəhs olunur.

Sonra sənədli film nümayiş edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.