MƏDƏNİYYƏT
Bakıdakı Rus Evində iki görkəmli bəstəkarın yubileyinə həsr olunmuş konsert keçirilib
Bakı, 20 may, AZƏRTAC
Bakıdakı Rus Evində iki görkəmli bəstəkarın - R.Hacıyev və V.Solovyov-Sedoyın yubileylərinə həsr olunmuş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert proqramında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina tərəfindən hazırlanmış, həm klassik, həm də estrada musiqisi nömrələrindən ibarət ifalar təqdim olunub.
Tədbir Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İ.X.Zinnurov tərəfindən açıq elan edilib.
Konsert proqramında Əməkdar artist Anton Ferştandt, Bakı Musiqi Akademiyasının konsertmeysteri Dilarə Kərimova, Dövlət Akademik Filarmoniyasının solisti Fərhad Ələkbərov, Niyazi Simfonik Orkestrinin solisti Lalə Muxtarova, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti Leyla Kərimova, BMA-nın məktəb-studiyasının şagirdi Teymur Kazımov, həmçinin BMA-nın tələbə və məzunları - Almaz Şahbazlı, Aysel Hüseynzadə, Eliyar Əliyev, Leyla Cavadova, Kamilla İmanova, “BeatBlast” qrupu (Məryəm Vəliyeva (vokal), Əli Talıbov (piano) , Ayan Məmmədova (viola), Cavidan Rəsulov (saksafon), Faiq Əlizadə (truba), Azər Səfərzadə (baraban dəsti) və Mark Zinçenko (bas gitara) çıxış ediblər.
Konsert böyük alqışlarla qarşılanıb.
Tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri M.N.Boçarnikov, diplomatik korpusun, ictimaiyyətin, gənclər təşkilatlarının, elm və təhsil müəssisələrinin nümayəndələri, Azərbaycanın mədəniyyət xadimləri, həmvətənlər və biznes dairələrin nümayəndələri iştirak ediblər.