MƏDƏNİYYƏT


Bakıdakı Rus evində “Kəşflər vaxtıdır” sərgisi açılıb

Bakı, 9 fevral, AZƏRTAC

Bakıdakı Rus evində “Kəşflər vaxtıdır” fotosərgisinin açılışı olub. Tədbir “Qafqaz” beynəlxalq fotoklubu tərəfindən təşkil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətində bildiriblər.

Rusiyanın Nijni Novqorod şəhərindən olan tanınmış fotorəssam, “35AWARDS” beynəlxalq fotomükafatına layiq görülən Stanislav Kaznov qonaqlara öz əl işləri, ekstremal vəziyyətlərdə fotoçəkiliş və sərgidə təqdim olunan kadrların çəkildiyi Rusiyanın regionlarına ekspedisiyalar haqqında söhbət açıb.

Sərgi fevralın 19-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.