CƏMİYYƏT


Bakının inkişaf perspektivində yaşıllıq ərazilərinin genişləndirilməsinə xüsusi diqqət yetiriləcək

Bakı, 21 fevral, AZƏRTAC 

Yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazasının yaradılması, məlumat mübadiləsi işinə, həmçinin komitə olaraq şəhərsalma sənədlərinin hazırlanmasında xüsusi əhəmiyyət kəsb edəcək. Hazırda Bakı şəhərinin Baş Planı hazırlanır və müvafiq dövlət qurumları ilə birgə işçi komissiyası yaradılıb. Həmin komissiya da Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edir. Baş Planla bağlı iş ikinci mərhələdədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdiri Ramiz Babayev fevralın 21-də keçirilən mətbuat konfransında məlumat verib.

R.Babayev, həmçinin bildirib: “Birinci mərhələdə 4 prioritetdən ibarət Bakının İnkişaf Konsepsiyası hazırlanıb. Həmin prioritetlərdən biri də şəhər və ətraf mühitin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsidir. İkinci mərhələdə Baş Planın yekun layihəsi hazırlanmaqdadır və ilin sonunadək müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək. Bu mərhələdə də nazirlik ilə əməkdaşlığı davam etdiririk.

Beynəlxalq praktikaya baxdıqda şəhərlərdə yaşıllıq örtüyü əhalinin sayı və məskunlaşma ərazisinə görə müəyyən edilir. Bu gün nazirlik tərəfindən hazırlanan yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası Baş Planın hazırlanmasında faydalı olacaq. Belə ki, Bakının inkişaf perspektivində yaşıllıq ərazilərinin genişləndirilməsinə xüsusi diqqət yetiriləcək”.

O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, xüsusilə Ekoloji Ekspertiza İdarəsi ilə bir çox istiqamətdə sıx əməkdaşlıq etdiyini də diqqətə çatdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.