Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521, № 11, maddə 1956, № 12, maddə 2227; 2018, № 1, maddə 33, № 5, maddə 842, № 7, maddə 1389) aşağıdakı dəyişikliklər edilsin:

1. 19.1-ci maddədə “yaradılır” sözündən sonra “və fəaliyyət göstərir” sözləri əlavə edilsin.

2. 23-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz.”.

3. 24.1.8-ci maddədən “və Audit Komitəsinin”, “həmin idarəetmə orqanlarının” sözləri çıxarılsın və həmin maddədə “bankın inzibatçılarının” sözlərindən əvvəl “bu Qanunun tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.

4. 24.3-cü maddənin ikinci cümləsinə “ümumi yığıncaqları” sözlərindən sonra “(o cümlədən yenidən və təkrarən çağırılan ümumi yığıncaqlar)” sözləri əlavə edilsin.

5. 24.5-ci maddənin birinci hissəsinin ikinci cümləsinə “hər bir” sözlərindən sonra “növbəti” sözü, ikinci hissəsinin ikinci cümləsinə “qaydası” sözündən sonra “və müddəti” sözləri əlavə edilsin.

6. Aşağıdakı məzmunda 25.1.5-1-ci maddə əlavə edilsin:

“25.1.5-1. bankın Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək;”.

7. 25.1.9-cu maddədə “bankın nizamnamə kapitalının” sözlərindən əvvəl “bu Qanunun 24.3-cü və 25.1.10-cu maddələrinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

8. 25.2-ci maddənin ikinci cümləsində “4” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin.

9. 26.2-ci maddənin ikinci cümləsində “4” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin.

10. 27.3-cü maddədə “4” rəqəmi “3” rəqəmi ilə, “Səhmdarların Ümumi Yığıncağı” sözləri “Müşahidə Şurası” sözləri ilə əvəz edilsin.

11. 27.4-cü maddədə “fiziki şəxslər” sözləri “, habelə bankın digər idarəetmə orqanlarının üzvü olan şəxslər” sözləri ilə, “Səhmdarların Ümumi Yığıncağının” sözləri “Müşahidə Şurasının” sözləri ilə əvəz edilsin.

12. 28.1-ci maddənin birinci cümləsindən “İdarə Heyəti və” sözləri çıxarılsın.

13. 58.2-ci maddənin birinci cümləsinə “ləğvi” sözündən sonra “bu Qanunun tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

14. 59.8-ci maddənin birinci cümləsinə “ləğvi” sözündən sonra “bu Qanunun tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin