DÜNYA
Barnaul aeroportunda trapın qırılması nəticəsində 5 nəfər xəsarət alıb
Moskva, 12 fevral, AZƏRTAC
Rusiyanın Altay vilayətinin Barnaul şəhərindəki G.S.Titov adına beynəlxalq aeroportda sərnişinlər “Uralskiye avialinii” şirkətinə məxsus təyyarəyə minərkən trap qırılıb. Nəticədə 5 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, Altay vilayəti Səhiyyə İdarəsinin məlumatına görə, “Barnaul-Moskva” reysi ilə uçan təyyarəyə minik zamanı baş vermiş hadisədə yaralanan 5 sərnişindən 3-ü xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti hazırda orta ağır kimi qiymətləndirilir.
Aeroport administrasiyasının məlumatına görə, trap ötən ilin oktyabrında yoxlamadan keçirilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [14:51]
Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub
- 04.05.2024 [14:41]
Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib
- 04.05.2024 [14:12]
Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir
- 04.05.2024 [13:51]
Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb
- 04.05.2024 [12:57]
Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək
- 04.05.2024 [12:48]
Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb
- 04.05.2024 [12:39]
HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib
- 04.05.2024 [12:26]
ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib
- 04.05.2024 [12:17]