İDMAN
“Barselona”nın yarımmüdafiəçisi karyerasını yenidən Çində davam etdirəcək
Bakı, 10 iyul, AZƏRTAC
“Barselona” futbol klubunun yarımmüdafiəçisi Paulinyo karyerasını yenidən “Quançjou Everqrand” komandasında davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin klubunun rəsmi saytı xəbər yayıb. Braziliyalı futbolçu ilə rəsmi müqavilə imzalansa da, detalları açıqlanmayıb. “Barselona” isə hələlik bu barədə məlumat verməyib.
Ancaq “Mundo Deportivo” nəşri 29 yaşlı oyunçunun 4 illik müqaviləyə imza atdığını və Çin klubunun bu transfer üçün kataloniyalılara 50 milyon avro verdiyini yazıb.
Xatırladaq ki, bir il əvvəl “Barselona” Paulinyonu məhz “Quançjou Everqrand”dan 40 milyon avroya almışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [13:38]
Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın
- 07.05.2024 [12:11]
“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb
- 07.05.2024 [11:55]