CƏMİYYƏT


Baş prokuror Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşüb

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Baş prokuror Kamran Əliyev “Avropa Qonşuluq Aləti” çərçivəsində həyata keçirilən “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı tvininq layihəsi çərçivəsində rəhbər komitənin növbəti iclasında iştirak etmək məqsədilə ölkəmizdə işgüzar səfərdə olan Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri ilə hüquqi müstəvidə, o cümlədən aktivlərin bərpası sahəsində həyata keçirilən institusional və qanunvericilik islahatlarının davam etdirildiyini vurğulayaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maliyyə istintaqının yaradılması ilə bağlı baxılmaqda olan qanun layihələrinə dair ətraflı məlumat verib.

Görüşdə, həmçinin cinayət yolu ilə əldə olunmuş əmlakın müəyyən edilərək izlənilməsi, üzərinə həbs qoyulması, müsadirəsi və sonrakı idarəolunması ilə bağlı görülən işlərin miqyasının genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində Azərbaycan Prokurorluğunun benefisiarı olduğu tvininq layihəsinin mühüm əhəmiyyəti olduğunu bildirilib, bu sahədə beynəlxalq əməkdaşlığın zəruriliyi qeyd edilib.

Kamran Əliyev Azərbaycan Prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, həmçinin digər ölkələrin prokurorluq və anti-korrupsiya qurumları ilə səmərəli əməkdaşlığın davam etdirilməsi və həmin qurumlar arasında Avropa İttifaqının institutlarının xüsusi yer tutmasını xüsusi vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Jidrunas Bartkus layihənin icrasına start verildikdən sonra görülən işlər barədə məlumat verməklə, əmlakların bərpası sahəsində ölkəmizin qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə Baş Prokurorluq tərəfindən hazırlanmış qanun layihələrinin işin səmərəliliyinin artırılmasında mühüm rolu olacağını vurğulayıb.

Qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunaraq, Azərbaycanla Litvanın hüquq-mühafizə orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.