MƏDƏNİYYƏT
Batumidə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən danışılıb
Tbilisi, 31 may, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov mayın 31-də Türkiyənin bu şəhərdəki baş konsulu Yasin Temizkan ilə görüşüblər.
G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların mədəniyyətinin və irsinin mühafizəsi, dünyada tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi və planlaşdırdığı layihələrdən bəhs edib.
Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinin vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]