DÜNYA


Bayden administrasiyası “TikTok”, “WeChat” və digər proqram əlavələrindən istifadə edilməsinə Trampın qoyduğu qadağanı ləğv edib

Vaşinqton, 10 iyun, AZƏRTAC

Çində hazırlanmış “TikTok” videoəlavəsindən istifadənin qadağan olunması barədə ABŞ-ın keçmiş prezidenti Donald Trampın fərmanı Bayden administrasiyası tərəfindən ləğv edilib.

AZƏRTAC xəbər verir ki, Bayden Çində hazırlanmış bir neçə proqram əlavəsinin milli təhlükəsizlik və məxfilik baxımından riskli olub-olmamasının yoxlanılması barədə sərəncam verib.

Prezident Co Baydenin fərmanına əsasən ABŞ Ticarət Nazirliyi həmin proqram əlavələrinin istifadəçilərin şəxsi məlumatlarını toplayıb-toplamadığını və ya onların Çin Silahlı Qüvvələri ilə bağlı olub-olmamalarını təhlil etməlidir.

Ağ evin nümayəndəsi qeyd edib ki, Bayden administrasiyası açıq, funksional baxımdan dəstəklənən, etibarlı və təhlükəsiz internetin inkişaf etdirilməsinin, şəbəkədə və oflayn rejimdə insan haqlarının qorunmasının, habelə dinamik qlobal rəqəmsal iqtisadiyyatın tərəfdarıdır.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.