Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Dost ölkənizin milli bayramı-Respublika Günü münasibətilə Bəhreyn Krallığının Hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Fürsətdən istifadə edərək Zati-alinizə ən səmimi və xoş arzularımı çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza isə müdrik rəhbərliyiniz altında davamlı tərəqqi və firavanlıq diləyirəm.

Dərin hörmət və ehtiramla,

 

Həməd bin İsa Al Xəlifə

Bəhreynin Kralı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin