CƏMİYYƏT


Bəkir Şahin: Azərbaycanın və Türkiyənin Baş prokurorluqları arasında əməkdaşlıq bundan sonra da davam etdiriləcək VİDEO

Ankara, 18 fevral, AZƏRTAC

Bildiyiniz kimi, Azərbaycanın Baş prokuroru Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının sədr müavinidir. Dünya ölkələri Baş prokurorlarının iştirakı ilə 2023-cü ildə Ankarada beynəlxalq tədbirin keçirilməsinə dair layihəmiz var. Bunu həyata keçirmək üçün Baş prokuror Kamran Əliyev əlindən gələni edəcək, biz də dəstək verəcəyik. 2023-cü il Türkiyə Respublikasının quruluşunun yüzüncü ildönümüdür.

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.

Azərbaycan Prokurorluğunun əməkdaşlarının Türkiyədə təcrübə keçdiklərini vurğulayan Bəkir Şahin qeyd edib: “Akademiyamızda Azərbaycandan gələn prokurorluq əməkdaşları təcrübə keçirlər. Həmin əməkdaşların bilik və təcrübələrinin artırılması məqsədilə onlar Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunda da təcrübə prosesi keçəcəklər. Bu istiqamətdə əməkdaşlığımız bundan sonra da davam etdiriləcək”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.