DÜNYA
Belarus Prezidenti Aleksandr Lukaşenko baş naziri istefaya göndərib
Bakı, 18 avqust, AZƏRTAC
Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətdə kadr dəyişikliyi edib. O, ölkənin baş naziri Andrey Kobyakovu istefaya göndərib, bu posta Sergey Ruması təyin edib.
AZƏRTAC BelTA agentliyinə istinadla xəbər verir ki, Prezidentin bu qərarına Lukaşenkonun Orşaya rayonuna səfəri zamanı oradakı vəziyyətdən narazı qalması səbəb olub. O, pis idarəetmə, səmərəsiz iş və adi işçilərin acınacaqlı iş şəraitini görərək qəzəblənib. Hökumət üzvləri ilə görüşdə Lukaşenko məmurların öz vəzifələrinə məsuliyyətsiz yanaşdığını deyib, Baş nazirlə yanaşı, sənaye naziri Vitali Vovku, memarlıq və tikinti naziri Anatoli Çernini də vəzifələrindən azad edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [17:34]
“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır
- 04.05.2024 [16:16]
Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb
- 04.05.2024 [15:54]
Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır
- 04.05.2024 [15:52]
Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO
- 04.05.2024 [14:51]
Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub
- 04.05.2024 [14:41]
Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib
- 04.05.2024 [14:12]