Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya

Hörmətli Aleksandr Qriqoryeviç,

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Belarus xalqını ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Bu gün dost Belarus dövlətçiliyin və qanunçuluğun möhkəmlənməsi, dinamik inkişaf və tərəqqi yolunda inamla irəliləyir.

Azərbaycan ilə Belarusu hazırda strateji tərəfdaşlıq xarakteri almış ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Əminəm ki, bizim dövlətlərarası münasibətlərimiz, ölkələrimizin və xalqlarımızın firavanlığı naminə qarşılıqlı dəstək və qarşılıqlı anlaşma bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Belarus xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 30 iyun 2014-cü il. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin