Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Belçika Azərbaycan Evi”nin sədri, Bülənt Gürçamdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Belçikadakı Azərbaycan diasporu adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Siz Azərbaycanın inkişafı üçün çox iş görmüsünüz və əminik ki, bundan sonra daha çox iş görəcəksiniz.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ölkəmizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar diləyir və Sizi dəstəklədiyimizi bildiririk.

Dərin hörmətlə,

 

Bülənt Gürçam

“Belçika Azərbaycan Evi”nin sədri, Brüssel

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin