DÜNYA


Belçikalıların 10 faizindən çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır

Brüssel, 25 iyun, AZƏRTAC

Belçika Statistika İdarəsinin məlumatına görə, hər on belçikalıdan biri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Bu rəqəm 2004-cü ildən dəyişmir. Müəyyən edilib ki, yoxsulluq ahıllar və işsizlər arasında daha yüksəkdir.

Bundan əlavə, yoxsulluq riski bir valideyn olan ailələrdə ən yüksəkdir: 28 faiz. İcarədarlar arasında yoxsulluq həddindən aşağı səviyyədə yaşayanların sayı (28 faiz) isə ev sahibi olanlardan (7 faiz) çoxdur.

2018-ci ildə bir nəfər üçün yoxsulluq həddi ayda 1187 avro, ata, ana və iki uşaqdan ibarət ailələr üçün isə ayda 2449 avro hesab edilib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.