Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 867-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır: 

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 690; 2001, № 12, maddə 736; 2002, № 5, maddə 242; 2004, № 4, maddə 202; 2005, № 2, maddə 62; 2007, № 11, maddə 1082; 2010, № 3, maddə 173; 2011, № 12, maddə 1075; 2015, № 2, maddə 86; 2016, № 11, maddə 1779; 2017, № 5, maddə 708, № 7, maddə 1270; 2018, № 1, maddə 21) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.5. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş;”.

2. 1.8-ci bənddə “və icarəyə” sözləri “, icarəyə və istifadəyə” sözləri ilə əvəz edilsin.

3. 2-ci hissənin ikinci cümləsində “torpaqlarda, binalarda və digər obyektlərdə açıq məkan reklamına görə ödənilən haqqın” sözləri “daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödənişin” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin