REGİONLAR
Bərdə rayonunda payızlıq səpin üçün indiyədək 6100 hektarda şum qaldırılıb
Bərdə, 1 sentyabr, AZƏRTAC
Taxıl zəmilərindən bol məhsul götürən Bərdə fermerləri payızlıq əkinlər üçün mühüm aqrotexniki tədbir olan yay şumunun aparılmasını davam etdirirlər.
Bərdə Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, gələcək yüksək məhsuldarlıqda yay şumunun əhəmiyyətini xüsusi qiymətləndirən fermerlər və torpaq mülkiyyətçiləri bu işin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün ciddi səy göstərirlər. Bu günədək rayonun təsərrüfatlarında 6100 hektar sahədə şum qaldırılıb.
Qeyd edək ki, 2020-ci təsərrüfat ili üçün Bərdə rayonunda 11 min 038 hektar sahədə taxıl becərilib, 48 min 698,5 ton məhsul əldə edilib. Məhsulun 38 min 641 tonu buğda, 10 min 57,5 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 45,4 sentner, arpa sahələrində isə 39,8 sentner olub.